Menu

ABŞ silah satışından rekord gəlir əldə edib – Rəqəmlər açıqlandı

30.01.2024, 11:30
ABŞ silah satışından rekord gəlir əldə edib – Rəqəmlər açıqlandı

ABŞ 2023-cü ildə xarici ölkələrə silah satışının 16 faiz artaraq rekord həddə - 238 milyard dollara çatdığını bildirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, bunun 81 milyard dolları birbaşa dövlət satışlarından, qalanı isə ABŞ müdafiə sənayesi şirkətlərinin digər ölkələrlə bağladığı müqavilələrdən əldə edilib.

ABŞ-nin silah satışındakı rekordun Ukrayna müharibəsi və qlobal qeyri-sabitliyin artması ilə bağlı olduğu deyilir. ABŞ 2023-cü ildə ən böyük silah müqavilələrindən birini Pola ilə bağlayıb. Bu müqaviləyə əsasən, ABŞ Polşaya 12 milyard dollar dəyərində “Apaçi” helikopterləri, 10 milyard dollara “HİMARS” sistemləri və 3,75 milyard dollara “Abrams” tankları alıb. Almaniya isə 8,5 milyard dollara “Chinook” helikopterləri, Bolqarıstan 1,5 milyard dollara “Stryker” zirehli maşını, Norveç isə 1 milyard dollarlıq helikopterlər alıb.

Qeyd olunur ki, qlobal qeyri-sabitlik şəraitində “Lockheed Martin” və “General Dynamics” kimi ABŞ şirkətlərinin satışlarının daha da artacağı gözlənilir.

“AzPollitika.info”

Şərhlər

Eli 2024-01-30 11:39:31

ABŞ bir dövlet olaraq ele sistemli şekilde qurulub ve idare olunur ki dünyanın hansı nöqtesinde müharibe olsa bu ölkeye milliardlar axır,ancaq tarixi boyu öz torpağında her hansı ölke ile müharibe aparmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol