Bir manatlıq dərmanlar 300 dəfə baha necə satılır?
Türkiyəyə ən çox saxta xərçəng dərmanı Azərbaycandan gətirilir. Bu siyahıda həmçinin Tunis, Misir, Livan, İordaniyanın da adı var.
Bu barədə məlumatlar ötən ilin hesabatlarına əsasən hazırlanıb.
Türkiyə səhiyyə nazirliyinin hazırladığı hesabatda dərmanların ölkəyə hansı yolla gətirildiyi, hansı dərmanların saxtalaşdırıldığı kimi faktlar yer alıb. Məlumata görə, dələduz dəstələr istifadə müddəti birən 3 liralıq (təqribən bir manat) dərmanların üzərini yeniləyərək bahalı xərçəng dərmanı kimi satıb.
Xərçəng dərmanlarının bazar qiyməti 1000- 15.000 (352 - 5290 manat) arasında dəyişir. Saxta dərmanlar isə bundan 20 faiz ucuz satılır.
"Saxta dərmanlarla bağlı keçirilən əməliyytda 59 nəfər həbs edilib, 41 milyon dollar dəyərində dərmanlar ələ keçirilib".


Şərhlər