Menu

“Netanyahu etibarlı lider deyil” – Klinton İsrail Baş nazirindən danışıb

08.02.2024, 14:21
“Netanyahu etibarlı lider deyil” – Klinton İsrail Baş nazirindən danışıb

ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton etibarlı lider kimi görmədiyi İsrailin Baş naziri Benyamin Netanyahunun vəzifəsini tərk etməli olduğunu deyib.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-nin “MSNBC” kanalına danışan Klinton bunları deyib:“Əgər atəşkəsin qarşısını alacaqsa getməlidir. Netnyahu etibarlı bir lider deyil. 7 oktyabr hücumu onun dövründə baş verib”.

İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumlarını genişləndirmək planını “dəhşətli” adlandıran Klinton, “Biz atəşkəs istəyirik. HƏMAS atəşkəsi qəbul etsə, bu, olacaq” deyib.

ABŞ Prezidenti Co Baydenin Netanyahu ilə münasibətinə dair suala isə Klinton belə cavab verib: “Məncə, Baydenin Netanyahuya təsir etmək üçün əlindən gələni etdiyi tam aydındır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol