Menu

Avdeyevkada küçə döyüşləri - Rusiyanın şəhəri mühasirəyə almaq planı baş tutmur

10.02.2024, 21:21
Avdeyevkada küçə döyüşləri - Rusiyanın şəhəri mühasirəyə almaq planı baş tutmur

“Avdeyevka yaxınlığındakı Rusiya hücumunun əsas məqsədi buradakı Ukrayna hərbi qarnizonunu mühasirəyə almaq idi. Lakin bu plan uğursuz oldu və indi Rusiya şəhərdə küçə döyüşləri aparmaq məcburiyyətində qalıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış hərbi ekspert Aleksandr Kovalenko deyib.

"Rusiyalılar mühasirələr haqqında hekayələri çox sevirlər, onlar üçün bu, hücumun uğurunun göstəricisi sayılır. Rusiya təbliğatına və şəxsən Putinə Avdeyevkada mühasirə lazım idi və generallar ona bunun mümkünlüyünü bildirmişdilər. Amma alınmır...” - deyə, hərbi ekspert vurğulayıb

Kovalenko vurğulayıb ki, rus ordusu 2-3 gün ərzində Ukrayna qoşunlarını mühasirəyə almaq əvəzinə, aylarla davam edən qanlı hücumda boğulur: “Ruslar şəhər xaricindəki tarlalarda sürətli irəliləyiş əvəzinə indi Avdeyevkanın özünə və küçə döyüşlərində Ukrayna qarnizonunun təchiz olunduğu 0542-ci marşrutun davamı olan Sənaye prospektinə doğru irəliləməyə məcburdurlar. Amma Avdeyevkanı küçə döyüşlərilə ələ keçirmək perspektivi Putinin istədiyi, onun generallarının planlaşdırdığı, Rusiya təbliğatının hazırladığı ssenari deyildi. Lakin indi onların başqa variantları yoxdur”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol