Menu

“Türkiyəyə F-16 satışı təsdiqləndi” – Bu barədə ABŞ səfiri paylaşım edib

12.02.2024, 13:02
“Türkiyəyə F-16 satışı təsdiqləndi” – Bu barədə ABŞ səfiri paylaşım edib

ABŞ-nin Türkiyədəki səfiri Cef Fleyk “F-16”-ların satışına icazə verildiyini təsdiqləyib.

“AzPolitika.info” xəbər verir ki, səfir bu barədə “X” sosial media hesabından paylaşım edib.

“Biz ABŞ Konqresinə F-16 satışını ikitərəfli qaydada təsdiq etdiyi üçün təşəkkür edirik. Bu, bizim təhlükəsizliyimiz və müttəfiqlərimizin təhlükəsizliyi üçün yaxşıdır”, - Fleyk bildirib.

ABŞ-nin Türkiyə səfirliyi isə paylaşımında bunları qeyd edib:“Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 modernləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır. Türkiyənin F-16 donanması güc baxımından həyati əhəmiyyət kəsb edir. Bu, NATO-nun və müttəfiqlərin gələcəkdə qarşılıqlı fəaliyyət göstərməsini təmin edir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol