Menu

Sərhəddəki təxribatla bağlı Kremldən açıqlama – “Biz çox diqqətlə izləyəcəyik...”

13.02.2024, 14:33
Sərhəddəki təxribatla bağlı Kremldən açıqlama – “Biz çox diqqətlə izləyəcəyik...”

“Kreml Ermənistan-Azərbaycan sərhədində növbəti hərbi insidentlə bağlı tərəfləri təmkinli olmağa çağırır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov “İnterfaks”a açıqlamasında bildirib. “Əlbəttə, bu təmas xəttindən gələn həyəcanverici xəbərdir. Biz hər iki tərəfi təmkinli olmağa, qarşı tərəfin təxribat hesab edə biləcəyi hər hansı hərəkətdən çəkinməyə çağırırıq”, - o qeyd edib.

Bundan əlavə, o qeyd edib: “Biz çox diqqətlə izləyəcəyik və hər iki tərəflə təmaslarımızı davam etdirəcəyik”.

Jurnalistlərin münaqişə zonasında həlak olanlarla bağlı növbəti insident Azərbaycan və Ermənistan arasında sülh sazişinin perspektivlərini təhlükə altında qoyurmu sualına Kreml nümayəndəsi belə cavab verib: “Bu cür hadisələr, ən azı, bu danışıqlar prosesinin irəliləməsinə kömək etmir və sülh müqaviləsinin imzalanması anını yaxınlaşdırmır. Amma ümid edirik ki, bu proses davam edəcək”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol