ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya yardım haqqında qanun layihəsini Senatda qəbul etsə də, səsverməyə qoymayacağını bildirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “New York Times” nəşri məlumat yayıb.
Məlumata görə, Senat sənədi təsdiq etməzdən bir neçə saat əvvəl Conson səsverməyə icazə verməyəcəyini deyib.
Qeyd edildiyi kimi, senatorlar ümid edirlər ki, Nümayəndələr Palatası buna baxmayaraq, Ukrayna, İsrail və Tayvana yardım haqqında qanun layihəsini qəbul edəcək. ABŞ Prezidenti Co Bayden də Consonu sənədi “dərhal” Nümayəndələr Palatasına təqdim etməyə çağırıb.
Lakin mövcud vəziyyət onu deməyə əsas verir ki, qanun layihəsi yalnız Senatdakı kimi ikipartiyalı koalisiya ilə Nümayəndələr Palatasından keçə bilər.
“AzPolitika.info”


Şərhlər