Menu

Vəzifə saxtakarlığında təqsirli bilinmişdi - Bəraət aldı

15.02.2024, 10:56
Vəzifə saxtakarlığında təqsirli bilinmişdi - Bəraət aldı

Əlillik dərəcələrinin verilməsi məqsədilə təyin edilmiş diaqnozları saxtalaşdırmaqda təqsirli bilinərək cərimələnən həkim Könül Sultanovanın cinayət işi yenidən araşdırılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi istintaq materiallarına yenidən baxış keçirib, dəlil və sübutlar təkrar tədqiq edilib. Xanım müttəhim ona əsassız ittiham verildiyini qeyd edərək bəraətini tələb edib.

Elmar Rəhimovun sədrlik etdiyi hakimlər heyəti apellyasiya şikayətini əsaslı hesab edib, həkim xanımın təqsirsiz olduğu qənaətinə gəlib. Qərara əsasən, K.Sultanovaya bəraət verilib.

Qeyd edək ki, Könül Sultanova Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi. İttihama görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvü K.Sultanovanın öz fəaliyyət göstərdiyi komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb, təhrif edilən formada rəsmi elektron informasiya resursuna daxil edib.

Binəqədi Rayon Məhkəməsi müttəhimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə saxtakarlığında təqsirli bilmişdi. Hökmə əsasən K.Sultanova 3 min manat cərimə edilmişdi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, Sultanovanın kassasiya şikayəti isə təmin edilib. Ali Məhkəmə qərarda qanun pozuntuları aşkar edərək işi yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarmışdı.

Şərhlər

Vətəndaş 2024-02-15 14:04:19

Əsıində qanunvericiliyə görə işin aparılmasında və istontaq ərəfəsində müstəntq və işə baxan hakim qanunu pozaraq vətəndaşı təqsirli bilibsə və sonradan komonsə bə nəyinsə hesabına ilk qərar qanunsuz hesab olunaraq ləğv rdilirsə bu zaman ilk isyinyaqı apatan şəxs və ya orqan, məhkəmədə qanunsuz qərar çıxaran hakim məsuliyyətə cəlb edilməlidir. Bu halda nu edulubmi?Edilməyibsə niyə?Əsas məsələ bundadır.Ona görə bir hakim cəza verir.digəri müəyyən məsələlərdən sonta ilk zəxanı ləğv edir.Beləliklə məjkəmələrin sifəti ortaya çıxır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol