Rusiya hərbi aviasiyası Ukraynada ağır itkilər verməkdə davam edir.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiyanın daha bir “Su-34” təyyarəsi Xerson vilayətinin Geniçesk yaşayış məntəqəsi istiqamətində vurulub. Bu barədə “Azadlıq Radiosu” və bir sıra telegram kanalları məlumat, həmçinin videogörüntülər yayıb.
Məlumatda deyilir ki, Rusiyanın “SU-34” təyyarəsi Ukrayna şəhərlərinə raket atdıqdan sonra radarlardan itib. Təyyarənin Geniçesk üzərində, 2000 m hündürlükdə vurulduğu iddia edilir. Onun düşdüyü yerə 4 yanğınsöndürən maşını və təcili yardım briqadası gəlib.
Xatırladaq ki, fevralın 23-də Ukrayna Müdafiə Qüvvələri Rusiyanın “A-50” uzaqmənzilli radar aşkarlayıcı təyyarəsini Sovet “S-200” hava hücumundan müdafiə sistemi vasitəsilə vurub.
“AzPolitika.info”


Şərhlər