Menu

Vurulan “A-50”-də kimlər olub? - Rütbələri açıqlandı

24.02.2024, 20:05
Vurulan “A-50”-də kimlər olub? - Rütbələri açıqlandı

Xəbər verildiyi kimi, fevralın 23-də Rusiyaya məxsus “A-50” radiolakasiya təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən Azov dənizi üzərində vurulub.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatı həmin təyyarədə olan hərbçilərin rütbələri ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təyyarəinin vurulması nəticəsində 10 nəfərlik ekipaj həlak olub. Ukrayna Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadla yayımlanan məlumatda qeyd olunur ki, məhv edilən rusiyalı hərbçilərin arasında beş mayor, üç kapitan, bir gizir və bir leytenant olub. Onların hamısı mütəxəssis hesab edilirlər və ümumilikdə belə hərbçilərin sayı çox deyil.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol