"Xocalı qatilləri onilliklər keçsə də, ədalət məhkəməsi qarşısına çıxarılmalıdır" - Sergey Markov

"Xocalı soyqırımı qəsdən Azərbaycan ərazisində etnik təmizləmə məqsədi ilə törədilib".

APA-nın Moskva müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiyadakı Səfirliyində Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbirində iştirak edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

O qeyd edib ki, Xocalı faciəsi zamanı işğalçılar tərəfindən 600-dən çox dinc sakin vəhşicəsinə qətlə yetirili: “Bu hadisə bilərəkdən, qəsdən, Azərbaycan ərazisinin 20 faizini əhatə edən ərazidə etnik təmizləməni təmin etmək üçün törədilib. Əlbəttə ki, bu soyqırımı aktı iddia müddəti bitməyən cəzaya layiqdir və buna görə bütün təqsirkarlar, hətta bir neçə onillik keçsə də, ədalət məhkəməsi qarşısına çıxarılmalıdır. Dəhşətli soyqırım göstərdi ki, Qarabağ münaqişəsində təkcə hüquqi deyil, həm də mənəvi həqiqət Azərbaycanın tərəfindədir. Xocalı faciəsi gələcək üçün böyük əhəmiyyətə malikdir. Ona görə ki, bu faciə bütün Azərbaycan xalqını çox sadə amal uğurunda birləşdirib. Bu amal ondan ibarətdir ki, ancaq güclü, qalib Azərbaycan ordusu xalqı amansız düşməndən qoruya bilər. Bu gün güclü ordu yaradan Azərbaycan prezidenti sayəsində bütün torpaqlar geri qaytarılıb. İlham Əliyev təkcə Azərbaycanın mülki əhalisini qoruyan deyil, həm də bütün Qarabağ ərazisini tam azad edən ordu yaradıb. Bütün bu müddət ərzində ilk dəfədir ki, dəhşətli soyqırım aktının qurbanları üçün anım tədbirləri bilavasitə Xocalıda, bu hadisələr baş verən yerdə keçirilir”, deyə rusiyalı ekspert vurğulayıb.

635x100

Şərhlər

B.Qarabağlı 2024-02-27 10:32:41

Obyektiv Siyasi tədqiqatçı Cənab Markovun qeyd etdiyi, 33 il rəsmən mühakimə edilməmiş və cəzalandırılmamış 1987-94cü illərdə Ermənistanın 165 min azərbaycanlı ailələrinin öz doğma mülklərində zorla deportu, əski DQMV sovetliyi və ətraf rayonlardan bütün azərbaycanlıların kütləvi soyqırım terroru cinayətlərinin Mühakiməsi, artıq siyasi gündəmin bir nömrəli aktual hüquqi məsələsinə çevrilib!?

Moshu 2024-02-27 10:16:25

Vikipediyada qeyd edilir ki, Holokost ikinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən Avropa yəhudilərinin sistematik şəkildə məhv edilməsinə verilən termindir. İngilis və bir sıra digər dillərdə qəbul edilən “Holokost” termini yunanca “holocauston” sözündən əmələ gəlir – ivritcə isə “ola” (“yandırma qurbanı”) sözü belə tərcümə olunur. XX əsrin 50-ci illərindən etibarən “Holokost” termini İkinci Dünya Müharibəsi zamanı Avropada nasistlər tərəfindən yəhudilərin kütləvi şəkildə məhv edilməsi kontekstində istifadə olunmağa başlanılmışdır. Holokost və soyqırım arasında heç bir fərq yoxdur. Təəssüf ki, Xocalıdakı soyqırımı lazım olan səviyyədə, yetərincə gözü çıxmış, qulağı kar olmuş dünyanın nəzərinə tam çatdıra bilmədik. Xocalıdakı soyqırım elə Holokostun bir tayıdır.

Son yazılar