ELMLƏ ÇIRPINAN ÜRƏK
Akif Əlizadə - 90
Xalid NİYAZOV,
Əməkdar jurnalist, siyasi elmlər doktoru
Hərdən düşünürəm ki, jurnalist taleyimdən narazı olmağa haqqım yoxdur. Məni böyük şəxsiyyətlərlə görüşdürüb, maraqlı insanlarla qarşılaşdırıb, onları tanımaq, ünsiyyətdə olmaq, söhbətlərini dinləmək, mənən zənginləşmək və həyat, xeyirxahlıq, bəşəri dəyərlər haqqında fikir mübadiləsi aparmaq, düşünmək imkanı verib.
Onlardan biri də akademik Akif Əlizadədir.
Akif müəllimin ölkə elminə, xüsusilə də geologiyaya verdiyi böyük töhfələrdən bəhs etməyəcəyəm, zira, mənə düşməz. Bu barədə danışacaq, onun elmi dühasının az qala sonsuzluğa çəkib apara biləcək hüdudları və miqyası barədə bəhs edəcək böyük alimlər var. Sadəcə, insan kimi, ətrafına təbəssüm, təbəssümündə isə xeyirxahlıq, ruhani şəfqət və huzur saçan ziyalı kimi, illərini elmə fəda etmiş alim və görkəmli elm təşkilatçısı kimi fikirlərimi bölüşməyə çalışacağam.
Hər kəs kimi mənim də öz xatirələrim var…
Yəqin razılaşarsınız ki, hər şeyin ilki böyük məsuliyyətdir, axtarışdır, gecəynən gündüzün sərhədlərini “pozan” nigarançılıqdır. Elə bir neçə il əvvəl İctimai Televiziyada yayıma başlayacaq “Sözün Zamanı” verilişinin ilk qonağının kimliyi məsələsi müzakirə olunanda da fikirlər haçalandı, ölkənin müxtəlif tanınmış adamlarının üzərində kilidləndi. Bəli, qonaq elə insan olmalı idi ki, ilk sayından etibarən verilişin müvəffəqiyyətini təmin etsin. Uzun axtarışlardan, fikir alış-verişindən, hətta mübahisələrdən sonra bəndənizin təklifi ilə ortaq məxrəcə gələ bildik – həmin şəxs özünün güclü xarakteri, unikal, hətta deyərdim ki, maqnetik xarizması, kübar tövrü, alicənablığı və bir də, bu, çox vacib məqamdır, söyləyəcəklərinin sanbal, çəki və maraq indeksi ilə siyahıdakı “rəqiblərini” geridə qoymağı bacaran Akif Əlizadə oldu, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.
Filmin çəkilişi əsnasında mən tanıdığım Akif Əlizadəni bu dəfə də bir başqa mizanda, bir özgə ampluada kəşf etdim.
Doğrudan da, elə insanlar var ki, onlarla həmsöhbət olmaq fürsətinin özü belə tarixin bir parçası ilə ünsiyyət anlamına gəlir. Eynən, akademik Akif Əlizadə ilə olduğu kimi.
Qəlbinin, fikirlərinin, mənəvi kişiliyinin işığına bir də zəka və elminin ziyasının qovuşaraq nəhəng bir aydınlıq selinə çevrildiyi bu insanla saatlardan günlərə keçən o canlı təmas sürdükcə, tək yaxın tariximizin deyil, bütövlükdə xalqın, cəmiyyətin, insan mənəviyyatının dərinliklərinə tənəzzöh edirsən, bilmədiklərini təşnə ilə öyrənirsən, mübhəm görünənlərin üzərindəki sirr pərdəsini götürürsən, agah, vaqif olursan. Və sonda, teatrşünasların dili ilə ifadə etsək, katarsis mərhələsi başlayır; həyat sənə bəmbəyaz buludlardan enmiş kimi ağappaq, tərtəmiz, dumduru görünür.
Bəli, böyük hesabla, Akif Əlizadə kimi insanların bu və ya digər məsələ ilə bağlı baxışları, məsləhət və tövsiyələri, düşüncələri onu dinləyənlərə bu həyatda həmişə uğur qazanmağa, yolundan sarpmamağa, hədəfləmiş olduğu mənzilə sağ-salamat yetişməyə kömək edir.
* * *
Akif Əlizadə hər adı çəkiləndə möhtəşəm bir dağa, titana bənzətdiyimiz AMEA prezidentləri sırasında öz yeri, çəkisi, sanbalı olan bir elm təşkilatçısıdır. Elmin sərkərdəliyi elmin fədailiyindən, yəni elm adlı bəşəri bir nemətə özünü büsbütün fəda edə bilmək hünərindən keçir. Bu, həm də bir vətəndaş şücaətidir. Məhz belə bir qalibiyyət yanğısı, alim qeyrəti, səbri, səbatı, elm təəssübkeşliyidir Akif müəllimi tam 68 ildir ki, “yəhərdə” saxlayan. O, tutduğu mənsəbdə, oturduğu məqamda sələflərinin çox vicdanlı, zəhmətkeş və qayət enerjili bir “xələfinə” çevrilməyi bacardı. Respublikanın bu ali elm qərargahının əvvəlki “komandanlarının” zəhmətini danmadan bu sadə bir həqiqəti də etiraf etməliyik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş inkişaf və yüksəliş siyasətini, tərəqqi xəttini elmə, ölkə elminin beşiyi sayılan akademiyaya məhz akademik Akif Əlizadə öz prezidentliyi dövründə gətirdi.
Elm festivalı, alimlərin qurultayı, Rəyasət Heyətinin səyyar yığıncaqları, media ilə işin keyfiyyətcə yeni müstəviyə qaldırılması nəticə etibarilə elmin populyarlaşmasına, elm təsərrüfatında əldə edilən nailiyyətlərin laboratoriyalardan çıxaraq istehsalata addımlamasına, dəyər yaratmasına, elmin ölkənin ÜDM-ində layiqli iştirakına xidmət edirdi.
Bəli, cəsarətlə söyləmək olar ki, zaman etibarilə qısa bir vaxt ərzində elmin nüfuzunun, alim adı üçün uzun illərdən bəri xiffətini çəkdiyimiz qürur və iftixar hissinin qayıtması da məhz Akif müəllimin adı ilə bağlıdır. Millət olaraq bizim qazandıqlarımız əldə etdiklərimizlə deyil, itirmədiklərimizlə ölçülür. Bu mənada Akif Əlizadə bir zəhmətkeş alim, dəyərli ziyalı, vəzifəsini imtiyazlarından üstün dəyərləndirən vətəndaş kimi bu gün də istər zəngin elmi irsimizin, istərsə də milli-mənəvi və sosiomədəni dəyərlərimizin qorunub saxlanmasına və inkişafına töhfəsini verməkdən usanmır.
* * *
Söhbətlərimizdə akademik Akif Əlizadə ölkənin elmi ictimaiyyəti qarşısında duran minimum vəzifə və perspektivlərini aşağıdakı kimi dəyərləndirir: fundamental və tətbiqi təqiqatların prioritetləri ölkənin yeni iqtisadi modelinin hazırlanmasına, xüsusən də qeyri-neft sektorunun inkişafına uyğun müəyyənləşdirilməli və həyata keçirilməli, elm ilk növbədə dövlətin innovasiya siyasətinə töhfə verməli, bu gün hələ də ayrı-ayrı məkanlarda cərəyan edən elm və iqtisadiyyatın ortaya konkret və səmərəli nəticələr qoya bilməsi üçün qarşılıqlı faydalı əməkdaşlıq platformaları yaradılmalıdır...
Akif Əlizadəyə görə, həmin taleyüklü vəzifələrin həllinin universal açarı, həmçinin bütün uğur və nailiyyətlərin səbəbiyyatı məhz şəxsiyyət fenomeni, insan kapitalı ilə bağlıdır. Bu gün elmin bəlkə də heç bir vaxt olmadığı kimi istedadlı, kreativ təfəkkürə, parlaq zəkaya, innovativ düşüncə tərzinə malik şəxslərə ehtiyacı vardır. Çünki bu cür adamların olmadığı yerdə nə elmi məktəbdən, nə elmi mərkəzdən, nə də elmin inkişafından danışmaq mümkündür.
Akademiklə razılaşmamaq mümkün deyil, lakin təəssüflər olsun ki, Akademiya rəhbərliyində yaxın bir neçə ildə baş verən vəzifə “rotasiyaları” hər hansı bir müsbət perspektiv barədə nikbinliklə danışmağa əsas vermir.
Akif müəllimin elm barədə söhbətlərindən doymaq olmur desəm, səmimiyyətimə inanın ki, heç kimi təəccübləndirmərəm. Bunu macal tapıb həmsöhbət olmaq bəxtəvərliyini yaşayanlar yaxşı bilirlər. Çünki o, elm haqqında danışanda da sanki Müşfiqin, Cavidin, Vurğunun könülləri fəth edən poeziyasından, Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Tahir Salahovun təbiətin və dünyanın gözəlliyinin sirləri haqqında dönə-dönə düşünməyə vadar edən möcüzəli rənglər dünyasından, Üzeyirin, Qara Qarayevin, Tofiq Quliyevin adamı özündən oğurlayıb uzaqlara aparan ecazkar musiqisindən bəhs edir. Bu yalnız elmin “sufilərinə”, aşiqlərinə agah olan ilahi vergidir.
* * *
Söhbətimizin əvvəlində də ifadə etdiyimiz kimi, akademik Akif Əlizadəni bir alim, elm təşkilatçısı tək fərqləndirən, bənzərsiz edən məhz tutduğu mənsəbin və titullarının fövqündə bir də insan kimi qayət maraqlı, xarizmatik, xeyirxah, inanclı, prinsipial olmasıdır.
Bu gün az qala ictimai hadisələri də gen səviyyəsində öyrənmək cəhdlərinin artdığı bir zamanda insanların tərbiyə və davranışında genetik kodun yeri və rolu barədə mübahisə və mülahizələr səngimək bilmir. Məsələn, akademik İsmayıl İbrahimov Akif Əlizadənin xarakterindəki mənəvi təmizlik, təmənnasız xeyirxahlıq, insana məhəbbət kimi keyfiyyətləri məhz babası şeyx Axund Ağa Əlizadənin ailəsinə mənsubluğu ilə izah edirdi.
Mərhum akademikə sözünün haqqını veririk. Vətənə, torpağa, millətə sevgi kimi elmə sevgi də İslamdan, Qurandan gəlir. Təsadüfi deyil ki, müqəddəs kitabda təkcə elə elm, bilik və təfəkkürdən bəhs edən 750-dək ayə vardır. Ona görə də əminliklə söyləmək olar ki, Akif Əlizadənin mayasındakı elmlə imanın, etiqad və ziyanın, xeyirxahlıq və şəfqətin uğurlu simbiozu, dostluğu məhz ailəsindən, mənsub olduğu, yaşatdığı və daşıdığı ali genetik kodlardan irəli gəlir.
Akif müəllimin aksioloji görüşlərində həm də bəşəri harmoniyaya, nizam-intizama, səliqə-sahmana bir çağırış var. Bəli, yaşadığımız bu şirin olduğu qədər də mürəkkəb dünyada, həyatda bütün müşküllərin çarəsi, iksiri harmoniyadadır. Böyüklərimiz nahaq yerə deməyiblər ki, birlik hardadırsa, dirilik də ordadır. Ancaq insan övladı cəmiyyətin inkişafını öz subyektiv qanunları ilə idarə etdiyi üçün bəzən tarazlıq pozulur, müvazinət itir. Ona görə də bu gün Kainatdan, Kosmosdan əfzəl Yerdə – insanların münasibətində, qəlbində, əməlində harmoniya axtarmaq lazımdır. Zira, hamımızın can atdığı xoşbəxtliyin ən vacib şərti də məhz belə bir ilahi tənasübdür. Yəqin məhz buna görədir ki, təbiəti etibarilə də xeyirxahlıq mücəssəməsi olan Akif müəllim hər irili-xırdalı söhbətinin sonunda müsahibinə xoşbəxtlik arzulayır.
Kimin dediyini xatırlamıram, ancaq yaddaşımda elə beləcə də qalıb: “Həyat üçün planlar qurma. Onsuz da həyatın sənin üçün planları var”.
İnsan taleyi, onun xoşbəxtliyə, səadətə qovuşmaq arzusu hər birimiz üçün bir ömür boyu can atdığımız məqsəddir, hədəfdir.
Allah hər birimizə bir can əmanət etmiş, ağıl, idrak, zəka, mərhəmət, savab payımızı da kəsməmişdir. Bu ilahi dəyərlərdən dünyanı gözəlləşdirmək, onu bəşər övladı üçün rahat bir məkana çevirmək üçün yerində və məqamında istifadə etmək bacarığı isə yalnız güclü, tale tərəfindən nişanlanmış insanlara xas olan məziyyətdir.
Akif Əlizadə bu cür insanlardandır. Onun ən böyük amalı xalqına, millətinə və dövlətinə təmənnasız xidmətdir.
Akif müəllim geyimindən tutmuş davranışına qədər stildir, zövqdür, etalondur. Onun gözəlliyi duymaq, hər bir hərəkəti ilə estetik brend, səmimiyyət ikonası yaratmaq istedadına və zövq mədəniyyətinə heyran olmamaq mümkün deyil. Yəqin siz də fikir vermisiniz... təbəssümün adamı bu qədər varından yox edə biləcək qüvvəyə, enerjiyə malik ola biləcəyini də, sadəcə, Akif müəllimin təbəssümündə kəşf etmək mümkündür.
Akif Əlizadə ilə ünsiyyətdən hasil olan qənaətlərdən biri də odur ki, bu insanın ruh halı ətrafa bir rahatlıq, pozitiv enerji ötürməklə yanaşı, həm də nikbinliyə kökləyir. O, həyata, ülviyyətə, məsumiyyətə, dostluğa olan sevgisini heç gizlətmir və bunu hər məqamı düşəndə böyük Müşfiqin ölməz misraları ilə ifadə edir:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
İnsan əməli torpağa atılmış toxum kimidir. Münbit torpağa düşən sağlam toxumun yetirdiyi ağac, o ağacın ərsəyə gətirdiyi bar-bəhər, o bəhərin dadı-tamı, bərəkəti, urvatı bir ayrıdır, özgədir, fərqlidir. Elə Mövlanə Cəlaləddin Rumi də dünya, insan və onun əməlləri barədə düşünərkən deyirdi ki, bu dünya bir tarladır. Hər kəs nəyin toxumunu atsa, onu da biçəcək. Akif Əlizadə də 90 illə ölçülən mənalı həyatı boyu boş dayanmayıb, zəhmətkeş əkinçi tək dünya adlı tarlaya toxum kimi xoş əməllərini səpib. Və nəticəsi də göz qabağındadır – Alim, Ziyalı, İnsan, Vətəndaş, Dost və nəhayət, ailə başçısı kimi qazandıqları!
Nə gizlədim, Akif müəllim kimi insan haqqında söz demək çox çətin məsələdir. Çünki ən dadlı-duzlu, içində fəvvarə vursa da, bayıra çıxa bilməyən kəlmələr demədiklərindir, deyə bilmədiklərindir, səmimi münasibətlərin təvazökarlığı altında gizlənənlərdir. Bizsə, sadəcə, cəhd etdik.
Ölkə
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Akif müəllimi 90 yaşı münasibətilə ürəkdən təbrik edir, arzuladığı qədər ömür arzulayıram. Yazıya gəlincə, bu qədər tərifə ehtiyac yox idi. Tərif heç bir insanı ucaltmayıb. Bəlkə də, haqq etdiklərinə kölgə salır...