AİLƏDƏKİ MÜNAQİŞƏLƏR, ZORAKILIQLAR VƏ PROBLEMLƏR

Şəmsəddin Əliyev

Dövlət böyük ailə, ailə isə kiçik dövlətdir

Qədim Çin mütəfəkkiri Konfutsi

Son illərdə ailədəki zorakılıqlar, boşanmalar, intiharlar və oxşar hüquqa zidd halları doğuran səbəblər, habelə, alimentin ödənilməməsi ilə bağlı çox danışırıq. Lakin, həmin problemli şəraitin aradan qaldırılması istiqamətində atılan addımlar səmərə vermir. Zənnimcə, “Azərbaycan ailəsi necə olmalıdır” sualına cavab tapmaq lazımdır. Ailənin qorunmasına dair Dövlətin təkmil bir Konsepsiyası, ya da, Doktrinası olmalıdır və yaxud bu sahədə Millli Fəaliyyət Planı və ya Proqramı hazırlanmalıdır. Həmin o sənəddə Mərkəzi İcra Hakimiyyəti orqanlarının koordinasion qaydada ölkədə ailənin sağlamlaşdırılması və mühafizəsi istiqamətində gördüyü işlər ətrafında Nazirlər Kabinetinə müfəssəl hesabat təqdim etməlidirlər. Bu mənada Konstitusiyada təsbit edilmiş müddəalara uyğun qeyd etdiklərim çox vacibdir.

Araşdırmalar göstərir ki, şəxsiyyətlərarası konfliktlər daha çox ailədə baş verir. Ailənin hər bir üzvü özünün həyata olan baxışları və özünə xas ideyaları ilə yaşamaq istəyəndə, ”özününkü yaxşıdır” düşünür və digər yaxınlarını da zorən buna inandırmağa çalışır. Bəzən “razılaşmama” halları ailədə münaqişələrə və zorakılıqlara yol açır. Bu, daha çox ər-arvad, valideynlə uşaq arasında baş verir. Cütlüyün müəyyən savada-biliyə və vahid baxışlara malik olmaması və cəhalət bu səbəblərə təsir edir. Kübar ailələrdə münaqişələrə “ocaq” olmur. Zorakılıqlar onda başlayır ki, ailə üzvləri müxtəlif baxışlara və inama malik olurlar. Necə deyərlər, münasibətlər səmimilikdən kənara çıxır, fikir ayrılıqları, bir-birilərini anlamamaq və yaxud, “Mənim dediyim primatlıq təşkil etməlidir” və s. hallarla tərəflər artıq razılaşmırlar. ”Böyüklük” ailənin bəlasına çevrilir. Məhz belə yanaşma pretenziyalar və incikliklər doğurur, dinc yolla məsələnin həlli unudulur, arzuolunmaz yola üstünlük verilir. Qədim yunan filosofu Sokrat deyib ki, ən yaxşı ailə arvadın kor, ərin kar olduğu yerdir. Belə olarsa umu-küsülərə də yer qalmır. Və yaxud, “Biri od olanda, digəri su olmalıdır” atalar məsəlinə hörmətlə, adət-ənənələrə uyğun yanaşılmalıdır.

Lev Nikolayeviç Tolstoy vaxtilə müdrikcəsinə qeyd etmişdi ki, “Hər bir bədbəxt ailə özlüyündə özünə xas bədbəxtdir”. Münaqişələr barədə də eyni sözü demək olar: “Müxtəlif ailələrdəki səbəblər də müxtəlif olur.”

Ailəni uşaqlarsız təsəvvür etmək çox ağırdır. Amma zorakılıqlar bəzən daha çox uşaqların gözü qarşısında törədiləndə oğlan uşağı gələcəkdə atasına, qız isə anasına - ananın zorakılıqlara necə tab gətirdiyini özündə formalaşdırmağa, ona oxşamağa çalışar. Bəzən qadın uşaqların və ictimai rəyin xətrinə qadın ləyaqətini və iffətini qurban versə də, ailənin təməlini qoruya bilmir, min bir əziyyətlə qurulan “isti yuva” hörümçək yuvası tək dağılır. Sonra əmlak, aliment mübahisələri insan həyatını gözdən salır.

Rus filosofu, mütəfəkkiri və yazıçısı Fyodor Dostoyevski yazır: “Uşaqlarsız insanlığı sevmək mümkün olmazdı”.

Münaqişələr nikahın bağlanmasından qısa vaxtdan sonra da ailədə özünə yuva sala bilir. Müsəlmanlığa xas ali bir cəhət var: Qız atası ürəyinin bir parçasına çevrilən övladını həsrətlə gəlin gözləyən evə - yeni ocağa yola salınan anda ona xeyir-duadan sonra öyüd verər: “Qızım, şübhəm yoxdur ki, sən yeni ocaqda böyüyüb başa çatdığın ailəmizin əsl insani keyfiyyətlərini təqdir edəcək, qayınataya ata, qayınanaya ana deyər, qaynını qardaş, baldızını bacı kimi tanıyar, onların hər birinə hörmət və ehtiramla yanaşacaqsan...” Amma çox təəssüf ki, kürəkənə belə öyüd verilmir. Alışmışıq, tamaşalarda və lətifələrdə qayınanaları zarafat hədəfinə çevirməyə... Evdə oğlanın valideynləri yanında gəlinin ləyaqətinə xələl gətirilir, gəlin təhqir olunur, valideynlərinin ünvanına xoşagəlməz ifadələr işlədilir. Belə davranış qaydaları əslində cinayət hüququnun yurisdiksiyasına aiddir. Buyurun, baxın, ailə münaqişələrinin közərməsinə təsir edən faktorlar necə və nədən ərsəyə gəlir. Amma bu amillərə adi hal kimi baxırıq. Olmaz! Qəbulediməzdir. Valideynlərinin təhqir oldunduğu ailədə mehribanlıq və qarşılıqlı hörmət gözləməyə dəyməz. Axı, gəlin kölə deyil! Onun da yaşamaq haqqı, istirahət, əmək və digər hüquqları var! Deməli, belə ailələrdə ailə hüququndan danışmaq da olmaz!

Gəlin tarixə nəzər salaq: 1800-cü illərin ortalarına qədər əksər ölkələrin hüquq sistemi ərin arvadı üzərindəki hökmranlığını, onu döyməyi mümkün sayırdı. Amma burada istisna hallar da nəzərdə tutulurdu. Məsələn, 1641-ci ildə Massaçusets körfəzinin “Azad Bədən” kalonistlərinin qəbul etdiyi aktda bəyan edilirdi ki, nikahda olan qadın “bədən xəsarətlərindən azaddır”. Hətta ər arvadın istəyinə zidd olaraq ona “təcavüz”edə bilməzdi. Sonralar, XİX əsrdə Feminizm siyasi hərakatının tələbləri, 1845-ci, 1850-ci və 1878-ci illərdəki aktlar qadına qarşı olan zorakılıqları, işgəncələri qanuna zidd hesab edirdi. Artıq XX əsrdə ABŞ polisinin ailə zorakılıqlarına müdaxilə etmək hüquqları qanunla qorunurdu. Amma əvvəlki kimi günahkar nadir hallarda ailədən təcrid edilir və həbs olunurdu.

1990-cı ildən başlayaraq ailə-məişət zorakılıqlarına görə cinayət hüquq məsuliyyəti qətiləşməyə başladı. 1993-cü ildə BMT “Ailə zorakılığına qarşı mübarizə strategiyası”nı dərc etdi. Orada “Ailə həyatı ailə üzvlərinə qarşı hər cürə qəddarlığı rədd edir və belə qəddar münasibətlər cinayət aktı kimi tövsif ediləcək” ifadələri yer almışdı. Bu sənədin qəbuluna qədər ailədə uşaqların tərbiyə edilməsi məqsədilə onların döyülməsinə icazə verilirdisə, bundan sonra qadağalar qoyuldu.

Avropada ailə zorakılıqlarına qarşı mübarizəyə dair qəbul edilən ilk hüquqi akt İstanbul konvensiyasıdır. Həmin sənədin 219-cu paraqrafında deyilir: “Avropa Şurasının üzvü olan dövlətlərdə ailə-məişət zorakılıqlarına-münaqişələrinə dair kifayət qədər işlər var ki, məhkəmə təqibi ilə müzakirə predmetinə çevrilmir”.

Tarixdən bəllidir ki, uşaqlar praktik olaraq heç vaxt valideyn zorakılıqlarından müdafiə oluna bilməyiblər. Dünyanın bəzi ölkələrində, məsələn, Somalidə bu gün də uşaqlara qarşı dözülməz, ağır xəsarətin yetirilməsi adət halına çevrilib, aciz və köməksiz vəziyyətdə olan uşaqların susmaqdan başqa çarələri qalmır. Fiziki təcavüz, seksual zorakılıq, qanunsuz həbsetmə, oğurlama, seksual istismara vermə və s. halları narahatlıqla qarşılanmır. Bəs ailənin hansı inkişaf mərhələsində böhranlı vəziyyət yaşanır?

İlk növbədə:

- Gənclərin ər-arvad kimi yaşamaq dövrünə alışa bilməməsi, ailənin nəyə qadir olduğunun fərqində olmaması, ailənin müqəddəsliyini anlamaması və ona sədaqət nümayiş etdirə bilməməsi;

- İlk uşağın doğulması, cütlüyün ata və yaxud ana rolunun necə mənimsəməsi (Bəzən ana uzun müddət uşağın sağlam böyüməsi üçün sağlamlığını qurban versə də ata bunu görmür, öz həyatını yaşayır); - Növbəti uşaqların doğulması;

- Uşağın məktəbə getməsi;

- Uşaqlar yeniyetmə yaşına çatandan sonrakı vəziyyət;

- Uşaqların böyüdükcə evdən uzaqlaşması; - Ər və arvadın orta yaşa çatmasından sonra yaranan böhranlı vəziyyət;

- Ər və arvadın təqaüdə çıxmasından sonrakı vəziyyət.

Qeyd etdiyim mərhələnin hər biri ailədə müxtəlif stress vəziyyəti yaşada və öz növbəsində potensial səbəblər kimi ailə münaqişəsinə təsir edə bilər. Ailədə baş verən müxtəlif dəyişikliklərin və ailənin vəziyyətindəki gərginliklərin yaşanması daha çox:

- Ya boşanmağa və yaxud da ər və arvadın ayrı yaşamasına; - Ərin (arvadın) yeni yaşayış yeri seçməsinə və ora köçməsinə; - Ərin (bəzən arvadın) uzun müddətə uzaq məsafəyə ezamiyyətə yollanmasına; - Başqa dövlətlərdə münasib iş axtarışına çıxmasına apara bilər.

Təbii ki, bundan sonra tərəflərin bir-birinə olan qarşılıqlı münasibəti də dəyişir və bir yerdə yaşamağın qeyri- mümkünlüyü üçün səbəb və şərait yetişir.

Təcrübədə ailə münaqişələrinin müxtəlif növlərinə də rast gəlinir. Bura aiddir:

- Xüsusi münaqişələr: Yəni, hətta sağlam və mehriban ailələrdə də müəyyən vaxtdan sonra mübahisələr baş verir. Qarşıdurma, baxışların və məqsədlərin uzlaşmaması, fikir və xarakterlərin uyğun gəlməməsi. Amma bu mərhələdə münaqişələr həllini tapa və ailə həyatı məcrasına yönələ bilər. Ailədəki ziddiyətlər həmişə və bütün səviyyələrdə yaşana bilər (Yəni, qardaşlar, qardaş-bacı, bacılar və valdeynlə övlad arasında da baş verə bilər).

- Gərginliklər: Təcrübə göstərir ki, münaqişələr tənzimlənmədikdə ailədəki gərginliklər artmağa başlayır. Həmin səbəblər ailədə hamıya bəlli-aşkar olur, lakin müəyyən vaxta qədər ört-basdır edilir. Bütün hallarda tənzimlənməyən münaqişələri doğuran səbəblər yığıldıqca neqativ emosiyalara, əsəb gərginliklərinə səbəb olur, aqressivliyə dəhliz açılır və nəticədə ailə üzvləri arasında əlaqə-kontakt itir, qohumluq bağları qırılır.

- Böhran: Ailədəki böranlı vəziyyət əksər hallarda ailənin dağılmasına səbəb olan kriteriyalardandır. Ər və arvadın qanunvericiliklə müəyyən edilən qarşılıqlı məsuliyyətinin anlaşılmaması, ailənin müqəddəsliyinin qorunmaması, ər-arvad borcu və s. Yaxud valideynlərin uşaqları qarşısında vəzifəsi lazımi qaydada yerinə yetirilmir, bu da öz növbəsində ailənin dağılmasına aparan bir səbəbdir.

Sadalananlar ailədə konfliktlərin əsas tiplərindəndir. Artırmaq da olar. Ailə münaqişələri və onları doğuran səbəblər həmişə bir-biri ilə sıx bağlı olur. Münaqişəyə təsir edən səbəblər ailədaxili əlaqələri sarsıdır, qarşılıqlı münasibətlərin keyfiyyətinə, ailənin rifahına və gələcək inkişafına psixoloji təsir edir. Məsələn, bəzən ailədə öz hisslərini, fikirlərini və sözünü deməyə imkan verməmək ciddi fəsadlara zəmin yaradır. Qeyri-sağlam psixoloji mühiti olan ailə üzvləri bir-birilərinə etibar etmədən hisslərini gizlədərək dərdini başqalarına izhar edir, qonşuya pənah gətirir. Bunu ürək ağrılarından uzaqlaşmaq və psixoloji zədələrdən qaçmağa görə edirlər.

- Əlaqələrin yoxluğu: Münaqişənin olduğu ailələrdə qohumlar və doğmalar arasında nadir hallarda açıq təmas və münasibət olur. Ailə münaqişələrinin simptomları əmələ gəldikcə, ailə üzvləri bir-birilərindən uzaqlaşır, çalışırlar ki, üz-üzə gəlməsinlər, kənara çəkilib özlərinə qapanır, gözə görünməməyə çalışır, “ailədən qaçma” prinsipinə üstünlük verilir.

- Nifrətin yaranması və biruzə verilməsi: Bəzən ailədə problem yarananda ailə mövcud problemi gizlətməyə çalışır, heç kimlə dərdini bölüşmür, məhrəm sayılan şəxslərə yaxınlaşmır, onu mehribancasına dinləyənlər, məsələni həll etməyə çalışanlar tapılmır. Belə ailələrdə bu və ya digər problemin həlli üçün kimin məsuliyyət daşıyacağı barədə mübahisələrə başlanılır, mübahisələr çox zaman qarşılıqlı nifrətə, hətta güc tətbiq edilməsinə gətirib çıxarır. Ailədə tam özbaşınalıq hökm sürür, ailə üzvləri bir-birilərinə hörmət etmir, hissləri görmür və səslərini eşitməzliyə vurur, yad adama çevrilirlər. Belə mərhələdə münaqişənin həlli çətinləşir, ocağın közərməsinə şərait yaranır.

- “Şəxsi ərazinin” qeyri-dəqiq sərhədi: Bəzi ailə üzvləri (kim güclüdürsə və kimdən asılılıq varsa) digərlərini “əsarətində” saxlayır, onların fərdiliyinə hörmət etmir, şəxsi sərhədləri pozur, nəticədə “ailə zorakılığına” dəhliz açılır.

- Bir-birilərinə qarşı neqativ münasibət: Bəzən tərəflər - qohumlar arasında söhbət etməyə və təmasda olmağa mövzu tapılmır, bir-birilərinə şübhə ilə yanaşırlar, qarşılıqlı etibar və inam tədricən yox olur. Yumor hissinə heç bir ehtiyac qalmır.

- Sosial izolyasiya: Əksər hallarda belə ailələrdə tərəflər bir-birilərindən ayrılıqda yaşayır, izolyasiya olunurlar. Mövcud izolyasiya şəraitində daha çox əzab çəkən isə uşaqlar olur, nəticədə antisosial davranışlara yol açılır, tədricən yaxınlar və dostlar da yadlaşırlar.

Mən, konstitusion müddəadan çıxış edərək belə qənaətə gəlirəm ki, “ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində olduğuna” görə ailədaxili münaqişələri doğuran səbəb və şəraitin öyrənilməsinə və bu səbəblərin akademik tədqiqatına böyük ehtiyac var. İlk növbədə ölkədə “Aliment fondu” yaradılmalıdır. Alimentdən yayınan, onu ödəyə bilməyən (istəməyən yox) şəxsləri həbs etməklə ailənin maddi vəziyyəti düzəlmir. Əksinə, həbs olunan tərəf bir az da ailəsinə qarşı aqressivləşir və residivləşir. İmkanı olan şəxs alimenti (valideynə, arvadına və uşağına) ödəməkdən yayınırsa onu həbsxana həyatı ilə islah etmək çətindir. Hindistan polisinin tətbiq etdiyi metodlardan istifadə etmək də ağıla sığmır. İmkanı olmayan şəxsi isə bacardığı işlə təmin etmək lazımdır. Qeyd etdiyim kimi Aliment Fondundan alimenti tərəfə ödəməklə, gələcəkdə bu məbləği işləyən tərəfin hesabından tutmaq olar.

Başqa təklifim ondan ibarətdir ki, AMEA-nın nəzdində ümumiyyətlə cinayətkarlığı və ailə münaqişələrini doğuran səbəb və şəraitin öyrənilməsi üçün Elmi Tədqiqat İnstitutu yaradılmalı, səbəblər elmi cəhətdən tədqiq olunduqdan sonra onun aradan qaldırılması istiqamətində NK-yə müvafiq təkliflər verilməlidir ki, vəziyyət pik həddinə çatmasın. Belə olarsa, ailənin əsasını qorumaqla Azərbaycan dövlətinin təməlini qoruya bilərik.

Bu baxımdan Milli Elmlər Akademiyasında ailə münaqişələrini doğuran səbəb və şərait elmi tədqiqatın predmetinə çevrilməli və həmin istiqamətdə birgə iş aparılmalıdır.

Başqa təklifim ondan ibarətdir ki, nikah ittifaqı zamanı gələcək ər-arvad “Ailəyə sədaqət” ruhunda and içsinlər. Andı pozmaq, ailənin müqəddəsliyinə, cəmiyyətin əsas özəyinə xəyanət kimi dəyərləndirilsin. Məsələn, Dövlət rəmzlərinə hörmətsizlik etmək, vətənə sədaqət andını pozmaq və s. konstitusion vəzifələr necə qorunursa, ər və yaxud arvadın valideyn vəzifələrinə sədaqətsizlik nümayiş etdirməsi də qanunla təqib olunsun. Təbii, burada bəzi istisnalar ola bilər (Ərin və yaxud arvadın ictimai mənəviyyata zidd hərəkətləri - ailə xəyanətləri). Qanunun “dur” demək gücü yoxdursa, boşanmaların sayı artımla davam edəcək. Ailə qanunvericiliyində ailənin qorunub saxlanılması üçün yaxşı heç nə yoxdur. Diqqət edin: Birgə nikah dövründə nə alınıbsa, onu mübahisələndirmək olar. Təcrübədən məlum olur ki, 10-20 il birgə həyatdan sonra boşanma zamanı sən demə, ərin adına heç nə yoxmuş. Qadın məhkəmə qərarı ilə boşanıb himayəsindəki uşaqlarla ya ata evinə qayıtmalı, ya da kirayəyə ev axtarmalıdır. Qız ata ocağından “Vağzalı” ilə çıxanda oğlan evinə yanında uşaq aparmamışdı. Bəs boşanandan sonra körpələri ilə ata evinə necə qayıtsın?!

Məsələnin görünməyən tərəfi də var. Gəlin, bir yerdə təmiz, gül qoxulu iffəti və yad əlin toxunmadığı can ilə evdən çıxan gəlinin boşanandan sonra halını düşünək. Bütün hallarda nikahın pozulması ərin təşəbbüsü ilə baş verərsə, hakim sosial ədaləti bərpa etmək və hamıya görk olsun deyə qadının keçmişini və gələcəyini diqqətlə nəzərə almalı, qəbul olunan məhkəmə aktı daha çox arvadın (qızın yox) həyatını nəzərə almalıdır. Qadının evlə təmini və aliment məsələsi həll olunmalıdır. Boşanma ərə qarşı sərt qərarla elan olunanda bəzilərini bu fikirlərindən yayındırmaq olar.

Rəvayət edirlər ki, Sokratın arvadı çox deyingən və eybəcər bir xanım imiş. Amma Sokratın zərb məsəllərindən görünür ki, onun məşhur filosof olmağında xanımının əvəzsiz rolu olmuşdur.

2021-ci ildə 46, 2020-ci ildə 41 qadın belə zorakılıq üzündən həyatını itirib. Beləliklə, bəlli olur ki, təkcə son iki ildə məişət zorakılığı üzündən həyatını itirən qadınların sayı 25 faiz artıb. Bundan əlavə 2022-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 25449 nəfərin 1475-i və ya 5,8 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir.

Sonda nə demək istərdim: Nobel mükafatı laureatı, fizika üzrə dahi alim Albert Eynşteyn qızına yazdığı məktubların birində deyir: “Bəlkə də planetimizi məhv edən nifrəti, eqoizmi və acgözlüyü tamamilə yox edəcək qədər güclü bir alət – “Sevgi bombası” hazırlamağa hələ də hazır deyilik”. Bəli, dünyanın, bəşəriyyətin və hər bir ailənin də, Atom bombasına yox, “Sevgi bombası”na ehtiyacı var.

Ailə institutu hər bir cəmiyyətin lokomotividir. Əgər ailədə qarşılıqlı hörmət və məhəbbət yaşayırsa, ailənin müqəddəsliyi dərk olunarsa - həmin ailə daimidir, özülü möhkəmdir. Ailədə səbr, dözüm nümayiş etdirilməli, çox sözü eşitməməli və daha çox danışılmamalıdır. Necə deyərlər, biri kar, biri isə lal olmalıdır.

Təbiətin canlanması və vəcdə gəlməsi günəşin çıxmasından və yağmurdan nə dərəcədə asılıdırsa, ailənin də o qədər qarşılıqlı hörmət və məhəbbətə ehtiyacı var. Əslində, mütləq sevgi və məhəbbət yoxdur. Mütləq sevgi Allahadır, Allaha! Müdriklərin dediyi kimi, sevgini şairlər və yazıçılar əsərlərində uydurublar. Quranda deyildiyi kimi, şairlər xəyallar aləmində dərbədərdirlər, onlar etmədikləri şeyləri deyirlər, yazarlar, zənnə qapılarlar. Zənn isə həqiqət sayıla bilməz. Sevgi Allahdır, Allah sevgi!

Həyat özü-özlüyündə gözəl bir nağıldır. Onu faciəyə çevirən, bir növ dramatikləşdirən isə biz insanlarıq. Çalışaq, həyatımızı dramatikləşdirməyək. Başa düşməliyik ki, tənhalığın müalicəsi və məlhəmi yoxdur. Fərdin inkişafı və şəxsiyyətin formalaşdırılmasının bünövrəsi də ailədən başlayır. O, İlahi bir nemətdir. Onu qorumağa məhkumuq.

Məsəl var, deyirlər: Dənizçi açıq dənizin “xarakterinə” bələd olduğu kimi, Qadın da, ona həssas və təbəssüm göstərəcək kişini sifətindən tanıyır ...

Bilməli, anlamalıyıq ki, qadınlar onların xətrinə dəyənləri sevmir və görmək də istəmirlər... Qınamayaq! Axı, onlar anadırlar - peyğəmbərləri, dahiləri, müdrik insanları, vətən uğrunda həlak olanları və bizi də bətnlərində ərsəyə gətirib həyata bəxş edən analardır!

Ona görə ailə hər şeydən güclü, hər şeydən müqəddəs və hər şeydən üstündür. Vətəni iffətimizə və namusumuza görə qoruyur, onun yolunda canımızı fəda edirik ki, ailəni, vətəni qəsbkarlardan qoruyaq!

Onore de Balzakın da gözəl bir deyimi var: “Kim qadını idarə edə bilirsə, dövlətlə də bacara bilər.” Təbəssüm göstərsək “idarəçilik” çətin olmaz.

Şərhlər

Watchman 2024-12-06 16:00:50

Ailələr sizlərin qadınlara hər bəhanə ilə bəraət qazandırmağınıza görə dağılır!

Vətəndaş 2024-12-06 12:09:04

Ailələrdə münaqişələrin,zorakılığın mərkəzində əhalinin yaşam ağırlığı,işsizlik problemi və hakimiyyət tərəfindən yaradılan iqtisadi çətinliklərdir.Azərbaycanın Küveyt.Katar. və bu kimi övlətlərdən artıq imkanı olduğu alda xalqı qəsdən yarı ac saxlamağı belə münaqişələrin yatanmasına başlıca səbəbdir.Maaşlar.müavinətlər,Pensiyalar bazar qiymətlərin ilə kəskin uyğunsuzdur.Buna isə hakimiyyətin diqqət yetirməməsi fdaha faciəlidir.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.