“Aztelekom” açıqlayıb ki, 2022-ci ildə gəlirləri təxminən 107 milyon manat olub. Amma bu dövlət şirkəti həmin ili 26 milyon manat zərərlə başa vurduğunu da bildirib. Hansı ki, bu zərər əvvəlki ildən də 2.25 dəfə çoxdur”.
“AzPolitika” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, “Aztelekom” xərclərin çoxluğunu və zərərini əsasən kadrların, əlavə işçi qüvvəsinin və ixtisaslaşmış texniki dəstək xidmətinin, həmçinin internet trafikin alışının artması ilə izah edib.
“Maraqlıdır ki, bu qədər vəsaitin qarşılığında həmin dövrdə cəmi 341 min evə GPON çəkilib. Belə çıxır ki, 341 min bağlantı üçün 130 milyon manatdan çox vəsait xərclənib. Bu ağlasığmazdır. Bu qədər vəsaitlə bağlantı qurulan evlərin sayı milyondan çox olmalıydı. Burada nəsə yanlışlıqlar var. Ümid edirəm “Aztelekom” dövlət şirkəti bu məsələyə aydınlıq gətirəcək”, - ekspert vurğulayıb.
“AzPolitika.info”


Şərhlər
Bəyəm təkcə Aztelekomdur? Azərpoçt ondanda pis,regionlarda ştatları ixtisara salıb,həmin ştatları Azərpoçtda artırırlar,şübhəsizki əmək haqlarınıda üstəlik,təchizat isə fantastik dərəcədə,təmir tikinti ondanda artıq,2016-17-ci illərdə Azərpiçtda 101 ştat,indisə 500 yüzə qədər,kəmiyət isə sıfır,hamıda kənardan bu sahədən anlayışı olmayanlar.
Burada qaranlıq məsələ varmı? Süni olaraq xərclər artırılır. maaşları istədiklər qədər qaldırır,Ştat cədvəlini
həddən artıq çiçitdərək məsrəflətini artırır.hələ görülən işlərə səf olunn myerialların alış qiymətləri,tender oyunları bir yana.! Dərə xəlbət,tülkü bəy! Bu idarə kimin kurasiyasındadır?