Menu

4 tələbə sistemdəki boşluğu tapdı - Lotereyadan 10 milyon manatdan artıq pul qazandılar

28.02.2024, 14:35
4 tələbə sistemdəki boşluğu tapdı - Lotereyadan 10 milyon manatdan artıq pul qazandılar

ABŞ-nin Prinston Universitetinin bir qrup məzunu lotereya sistemindəki boşluğu taparaq milyonlarla dollar vəsait əldə edib.

“AzPolitika.info” xəbər verir ki, hazırda ABŞ-də magistratura pilləsi üzrə təhsil alan tələbələr - Manuel Montori, Metyu Qibbons, Hannah Davinroy və Zoe Buonaiuto 4 ştatda (İndiana, Missuri, Vaşinqton və Kolumbiya) yerləşən mağazalardan cəmi 66 lotereya bilet alaraq ümumilikdə 6 milyon dollardan çox (təxminən 10 milyon 197 min manat-red.) pul qazanıblar.

Məlumata görə, ən böyük uduş Missuridən alınan biletdən çıxıb. Uduşun məbləği 5 milyon dollar olub. Yerdə qalan məbləğ isə ikinci biletdən qazanılıb.

Tələbələrin belə bir strategiya ilə böyük məbləğdə vəsait əldə etməsi ölkəni qarışdırıb. Bəziləri bunun qanuni olmadığını iddia ediblər. Kaliforniya Universitetinin statistika üzrə professoru Filip Stark ABŞ nəşrinə açıqlamasında tələbələrin sistemdəki boşluqdan yararlandığını bildirib.

“Onlar ya dünyanın ən şanslı insanlarıdır, ya da sistemdəki açığı tapıblar”,-deyə o qeyd edib.

İndiana ştatının Bloomington şəhərində yerləşən bir lotereya mağazasının satıcısı isə bildirib ki, həmin tələbələr bir neçə dəfə araşdırma məqsədi ilə ondan yüzlərlə bilet alıblar. Missuri ştatındakı iki fərqli mağazanın satıcıları isə bildiriblər ki, qrup üzvləri biletlərə ümumilikdə 8000 dollar pul xərcləyib.

Mütəxəssislər strateji yanaşmalara baxmayaraq, lotereya oyunlarında qalib gəlmə ehtimalının qeyri-müəyyən olaraq qaldığını bildirərək, hər hansı bir qeyri-qanuni əməlin müəyyən olunmadığını deyiblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol