Menu

“Putin cinayətkar dəstənin lideridir” - Navalnının həyat yoldaşı

28.02.2024, 16:33
“Putin cinayətkar dəstənin lideridir” - Navalnının həyat yoldaşı

Rusiyada müəmmalı şəkildə həbsxanada dünyasını dəyişən 47 yaşlı rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Avropa Parlamentindəki çıxışında Vladimir Putini tənqid edib.

O, Putini cinayətkar dəstənin lideri adlandırıb: “Putin mütəşəkkil cinayətkar dəstənin lideridir. Bura - zəhərləyicilər və qatillər də daxildir. Lakin onlar sadəcə kuklalardır. Əsl önəmli şəxslər Putinə yaxın insanlar - onun dostları, şərikləri və mafiya pullarının mühafizəçiləridir.

Siz və hamımız bu cinayətkar dəstə ilə mübarizə aparmalıyıq. Burada mütəşəkkil cinayətkarlıqla mübarizə üsulları həyata keçirilməlidir. Putinin ölkələrinizdəki mafiya tərəfdaşlarını, gizli hüquqşünaslarını, dostlarını, pul gizlətməyə kömək edən maliyyəçilərini axtarmalısınız”.

Navalnayanın çıxışı Avropa Parlamentində alqışlarla qarşılanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol