Menu

“Atəşkəs olmalıdır” - Bayden

06.03.2024, 11:22
“Atəşkəs olmalıdır” - Bayden

ABŞ Prezidenti Co Bayden Qəzzada mümkün atəşkəs razılaşmasının HƏMAS-dan asılı olduğunu bildirib.

“AzPolitika” xəbər verir ki, Vaşinqton yaxınlığındakı hava limanında jurnalistlərin suallarını cavablandıran Bayden qeyd edib ki, atəşkəslə bağlı yekun nəticə bir neçə gün ərzində bəlli olacaq.

“Ağlabatan təklif irəli sürülüb. Nə olacağını bir neçə günə öyrənəcəyik. Bizə atəşkəs lazımdır. Atəşkəs olmalıdır. Əgər bu, Ramazana qədər davam edərsə, çox  təhlükəli olacaq. Ona görə də atəşkəsə nail olmaq üçün çox çalışırıq”,-deyə Bayden bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol