Azərbaycanda toy biznesindən ən böyük gəlir götürən sahə təbii ki, şadlıq saraylarıdır. Son açıqlanan məlumata görə, hazırda paytaxt Bakıda təxminən 600 şadlıq sarayı fəaliyyət göstərir. Orta hesabla hər gün paytaxda 600 şadlıq evinin 150-də toy olur. Ailə həyatı quran cütlükləri maraqlandıran əsas məsələ isə şadlıq saraylarındakı menyu qiymətləridir. Hazırda şadlıq evlərində təqdim olunan menyu qiymətləri 35 - 450 manat arasında dəyişir.
Bakıdakı bəzi bahalı şadlıq saraylarının menyu qiymətlərini təqdim edirik:
- "Grand Neon" şadlıq sarayının 750 nəfərlik qonaq qarşılaya bilən zalı mövcuddur. Menyu qiymətləri 65 manatdan başlayır. Burada ən bahalı menyu 210 manat təşkil edir;
- "Mona liza" 500 nəfərədək qonağa xidmət göstərir. Burada qiymətlər 80-110-140 manat aralığında dəyişir;
- "Alp Saray"ın zalı 600 nəfər üçün nəzərdə tutulub. "Alp Saray"da qiymətlər 90-120-160 manat aralığındadır;
- "Çıraq Palace" şadlıq sarayında qonaqlar üçün 650 nəfərlik zal mövcuddur. Burada isə qiymətlər 55 manatdan başlayaraq 120 manata qədər dəyişir;
- "Su səsi" şadlıq sarayının toy zalı 850 nəfərlik üçün nəzərdə tutulub. Burada da menyu qiymətləri müxtəlifliyinə görə 80-100-130 manat müəyyənləşib;
- "Ay İşığı" şadlıq sarayı 700 nəfərlik zala sahibdir. Menyu qiymətləri 100-200 manat aralığında dəyişir;
- "Böyük Saray" 300 və 800 nəfərlik zallara malikdir. Qymətlər isə 200 manatdan başlayır. Şadlıq sarayında ən bahalı menyu qiyməti 400 manat təşkil edir;
- Paytaxtın ən bahalı şadlıq saraylarından biri də "Sapfir Saray"dır. 650 nəfərlik tutumu olan sarayda ən ucuz menyu qiyməti 160 manat, ən bahalı menyu qiyməti isə 450 manatdır. Bundan əlavə, toy sahiblərinin istəyinə uyğun olaraq burada 180-200-250-320 manatlıq menyu qiymətləri də təklif olunur;
- "Niel" şadlıq sarayı 480 nəfərlik zalla qonaqlara xidmət göstərir. Qiymətlər 90-160 manat aralığında dəyişir.
- "Buta Palace"da isə menyu qiymətləri 250 manatdan başlayır. Bununla yanaşı bu şadlıq sarayı toy sahiblərinin istəyinə uyğun olaraq 300 manatlıq menyu da təklif edir.
"AzPolitika.info"


Şərhlər