ABŞ oktyabrın 7-dən bəri İsrailə ən azı 100 dəfə gizli şəkildə silah satıb.
“AzPolitika” xəbər verir ki, belə bir iddia ilə ABŞ-nin “The Washington Post” nəşri çıxış edib.
Nəşrin adı açıqlanmayan rəsmi mənbələrə əsaslanan xəbərində qeyd olunub ki, ABŞ İsrailə 100-dən çox ayrı-ayrı hərbi satışa gizli şəkildə icazə verib və bu ölkəyə çoxlu sayda silah göndərib.
Qeyd olunub ki, ABŞ İsrailə minlərlə dəqiq idarə olunan sursat, kiçik çaplı bombalar, yeraltı bunkerləri hədəf alan raketlər, kiçik silahlar göndərib.
“AzPolitika.info”


Şərhlər