Menu

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

07.03.2024, 16:29
Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

Ermənistan tərəfi Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Anadolu” agentliyində dərc edilmiş müsahibəsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistan tərəfinin əldə olunmuş razılıqlara və öhdəliklərinə zidd olaraq son üç il ərzində müxtəlif bəhanələrlə kommunikasiya xəttlərinin açılmasına maneə törətməsi, məsələyə dair razılığın əldə olunması məqsədilə heç bir praktiki həll variantları təklif etməməsi, yalnız bir sıra populist çıxışlar etməsi bölgədə əməkdaşlığa heç bir halda töhfə verməyən amillərdəndir.

Qeyd edək ki, Ararat Mirzoyan “Anadolu” agentliyinə müsahibəsi zamanı, Azərbaycan-Ermənistan sülh prosesi, ərazi bütövlüyünün və suverenliyin tanınması və kommunikasiya xəttlərinin açılması ilə bağlı bir sıra məsələlərə toxunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol