Menu

Bayden ABŞ-nin illər öncəki səhvlərini etiraf edib - VİDEO

11.03.2024, 12:11
Bayden ABŞ-nin illər öncəki səhvlərini etiraf edib - VİDEO

ABŞ Prezidenti Co Bayden “MSNBC”-nin müxbiri Conatan Kapeharta eksklüziv müsahibəsində maraqlı açıqlamalar verib.

“AzPolitika” xəbər verir ki, Bayden illər öncə ABŞ-nin İraq və Əfqanıstanla bağlı verdiyi siyasi qərarların doğru olmadığını etiraf edib.

“Biz İraqa, Əfqanıstana getməməliydik. Buna ehtiyac yox idi. Bu, sadəcə olaraq bizə yeni problemlər yaratdı”, - deyə Bayden bildirib.

Daha sonra o, İsrail Baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edərək ABŞ-nin buraxdığı səhvləri təkrarlamamasını istəyib:“İsrailin Qəzzanın cənubundakı Rəfahda planlaşdırdığı əməliyyat fəlakətdir. İsrail hərbi kabinetinə də dedim ki, ABŞ-nin etdiyi səhvləri etməyin”.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol