Menu

BAYDENƏ ŞOK ETİRAZ - "Sən diktatorsan, soyqırımçısan” (VİDEO)

11.03.2024, 15:23
BAYDENƏ ŞOK ETİRAZ - "Sən diktatorsan, soyqırımçısan” (VİDEO)

Qəzzadakı qırğına səssiz qalan və İsrailə dəstək verməyə davam edən ABŞ hökümətinə qarşı ölkədaxili etirazlar davam edir.

“AzPolitika” xəbər verir ki, bu dəfə də tənqid hədəfinin mərkəzidəki əsas sima Qəzza siyasəti ilə hərkəsdə ikrah hissi oyandıran ABŞ lideri Co Bayden olub.

Belə ki, prezident seçkiləri üçün Corciya ştatının Atlanta şəhərində keçirilən mitinqdə çıxış edən Bayden amerikalı bir vətəndaşın sərt reaksiyası ilə üzləşib. Qəzzadakı hücumları xatırladan vətəndaş, Baydeni "diktator" adlandırıb və onu soyqırımda ittiham edib.

“Sən soyqırımçısan, diktatorsan. Uşaqlar ölür. Minlərlə fələstinli öldü”,-deyə vətəndaş etiraz edib.

Daha sonra ABŞ prezidentinin mühafizəçiləri etirazçını tez bir zamanda hadisə yerindən uzaqlaşdırıblar. Zorla zaldan çıxarılan gənc "Fələstinə azadlıq" deyərək etirazını davam etdirib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol