Menu

İsrail ordusundan yeni əməliyyat siqnalı - "Dərhal ərazini tərk edin"

18.03.2024, 14:47
İsrail ordusundan yeni əməliyyat siqnalı - "Dərhal ərazini tərk edin"

İsrail ordusu Qəzza şəhərinin Rimal bölgəsində və "Şəfa" xəstəxanasında yaşayan fələstinlilərdən dərhal ərazini tərk edərək Qəzza zolağının cənubuna getmələrini istəyib.

"AzPolitika" xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adrey "X" hesabından paylaşım edib.

O, fələstinliləri Əl-Mevasidəki humanitar zonaya getməyə çağırıb.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu qüvvələri Qəzzada minlərlə xəstə, yaralı və köçkünün olduğu "Şəfa" xəstəxanasına pilotsuz uçuş aparatları (PUA) və ağır silahlarla basqın edib. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol