Bakıda aktyor intihar edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun Savxozu adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb.
Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər.
Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Qanunlar kişılərin əleyhinə işlədikcə, intiharların sayı getdikcə artacaq. Hökumət bunu görməzdən yanaşır. Bəsdir kişilərin hüquqlarını tapdalayıb, qadınları boynumuza mindirdiniz! Ayılın!
İndi gedin o müftəxor deputat ,nazirlərdən soruşun beş uşaq atası niyə intihar edib ? Uşaq pulu verməyən hökumətin vətəndaşlarının gücü ancaq pulsuz kəndirə çatır ,