Gürcüstan Avropa çempionatına vəsiqə qazandı - VİDEO

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının daha bir iştirakçısı bəlli olub.

Oxu.Az-ın məlumatına görə, pley-offun finalında Gürcüstan Yunanıstanla qarşılaşıb.

Polşada baş tutan görüşdə gürcülər ilk hissənin sonlarında azlıqda qalıblar.

Əsas və əlavə vaxt ərzində qalibi müəyyən etmək mümkün olmayıb. Penaltilər seriyasında isə daha dəqiq olan Gürcüstan yığması AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb - 4:2.

Qeyd edək ki, Gürcüstan F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olub.

Xatırladaq ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar