“Azərbaycan dünyada ən sabit ölkələrdən birinə çevrilib” – Millət vəkilinin təbriki

“Xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqların və mənafelərin keşiyində layiqincə dayanan, Azərbaycanın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin, müxtəlif cinayətkar qəsdlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən milli təhlükəsizlik orqanlarının yaranmasının 105-cü ildönümü tamam olur. Ölkəmizdə sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında özünəməxsus rolu və yeri olan bu strukturun bütün əməkdaşlarını bu münasibətilə təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov xüsusi xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə bağlı paylaşdığı təbrik mətnində qeyd edib.

Təbrikdə daha sonra deyilir: " Bu gün Azərbaycan təhlükəsiz və sabit dövlət imicinə malik bir ölkədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilmişdir. Təbii ki, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında təhlükəsizlik xidməti orqanlarının xüsusi rolu danılmazdır. Vətənpərvərlik və dövlətçilik ideallarına, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət hissi, eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq, dövlətçilik və müstəqillik ideyalarının həyata keçirilməsi istiqamətdəki fəaliyyəti dövlət təhlükəsizliyi orqanlarının keçdiyi yolu daha da şərəfləndirərək cəmiyyətdə müsbət imicin formalaşmasında mühüm amil kimi çıxış edir.

Möhtəşəm Qələbəmizdən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Azərbaycanımızın qarşısında hələ görüləcək çox işlər var. Azərbaycan dövlət təhlükəsizliyi orqanları hazırda zəngin tarixinin ən məsuliyyətli dövrünü yaşayır. Bu mərhələ ölkə daxilində və onun hüdudlarından kənarda keyfiyyətcə yeni reallıqlar və maraqlar zəminində cərəyan edən proseslərlə bilavasitə bağlı olmaqla, Azərbaycana qarşı daxili və xarici təhdidlərin konkretləşməsi və sistemləşdirilməsi, milli mənafelərin hərtərəfli və etibarlı təmin olunması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi ilə səciyyəvidir. Müasir dövr, həmçinin qloballaşma və inteqrasiya proseslərinin dərinləşməsi, dünyanın coğrafi-siyasi mənzərəsində dəyişikliklərin baş verməsi, bütün beynəlxalq aləmi təhdid edən yeni təhlükələrlə xarakterikdir. Ümid edirəm ki, xalqımızın bütün çətin sınaqlardan çıxmasında həmişə olduğu kimi bu gündə dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və daima təhlükəsizliyimizi qoruyacaq, dünyada ədalətin təmin olunmasına öz töhfələrini verəcəkdir.

Azərbaycan Milli təhlükəsizlik orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Ümummilli Lider Heydər Əliyev bu orqan əməkdaşları haqqında belə söyləmişdi: "Milli Təhlükəsizlik Nazirliyində işləmək, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin.

Nazirliyin əməkdaşları yüksək biliyə malik olmalıdırlar, Azərbaycanın daxili və xarici siyasətini yaxşı bilməlidirlər, Azərbaycanın Konstitusiyasını, qanunlarını, yaxşı bilməlidirlər. Konstitusiyanın və qanunların həyata keçirilməsi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının əsas vəzifələridir. Siz beynəlxalq vəziyyəti yaxşı bilməlisiniz, beynəlxalq aləmdə gedən prosesləri izləməlisiniz. Bunlar sizin işlərinizin təşkil olunması üçün əsas şərtlərdən biridir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları xalqımıza, Azərbaycan dövlətinə, ölkəmizə hədsiz sədaqətli olmalıdırlar. Saf mənəviyyata, əxlaqa malik olmalıdırlar. Yüksək mənəviyyat sizin fəaliyyətinizin əsas şərtidir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları heç vaxt öz xalqına, dövlətinə xəyanət yoluna düşməməlidirlər. Sədaqət, vətənpərvərlik əsas keyfiyyətlərdir və siz özünüzdə bu keyfiyyətləri daim yaratmalısınız, inkişaf etdirməlisiniz.

Eyni zamanda sizin peşəniz çətin peşədir, böyük qəhrəmanlıq tələb edir, böyük şəxsi cəsarət, iradə, dönməzlik tələb edir. Güman edirəm ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bu keyfiyyətlərə daim malik olacaqlar."

Məlumat üçün qeyd edim ki, Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1 noyabr 1991-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Fərmanı ilə 28 mart - Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub".

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar