"Moskvadakı teraktda 100-ə yaxın insan itkin düşüb" - "Onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb"

Martın 22-də Moskvadakı “Crocus City Hall"-da baş verən terror aktı zamanı 100-ə yaxın insan itkin düşüb.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiyanın "Baza" "Telegram" kanalı məlumat yayıb.

"Baza"-nın xəbərinə görə, itkin düşənlərdən 95-nin taleyi bəlli deyil. Ailələri ilə əlaqə saxlamaq mümkün olmayan bu şəxslərin kimliyi müəyyən edilən qurbanlar arasında olmadığı bildirilib.

Kanalın əldə etdiyi məlumata görə, yanğın və binanın dam örtüyünün çökməsi səbəbindən bir çox qurbanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, son məlumata görə, terakt nəticəsində 143 nəfər həlak olub.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar