İran səfirinin istefası tələb olunur - Azərbaycanlı jurnalistə görə

İranda bu ölkənin Bakıdakı səfiri Abbas Musəvinin istefası tələb olunur. 

“AzPolitika” İran mətbuatına istinadla xəbər verir ki, səfirin istefası çağırışları onun azərbaycanlı xanım jurnalistə verdiyi müsahibə ilə bağlıdır.

Belə ki, iranlı jurnalistlərin bildirdiyinə görə, “İran və İslam Respublikası pərəstişkarları” azərbaycanlı müxbirin İslam ənənələrinə uyğun olmayan geyimindən, onun diplomatik nümayəndəliyin ərazisində hicabsız olmasından hiddətləniblərmiş.

İranlılar həmçinin səfirin “kəskin və problemli suallara” necə cavab verməsindən narazıdırlar. Onlar hesab edirlər ki, səfirin cavabları kifayət qədər adekvat olmayıb və zəif təsir bağışlayıb. Söhbətin hansı jurnalistdən getdiyi bildirilmir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar