Menu

150 min nəfər orduya çağırılacaq - Putin fərman imzaladı

31.03.2024, 13:10
150 min nəfər orduya çağırılacaq - Putin fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının yaz hərbi çağırışı haqqında fərman imzalayıb.

Bu barədə TASS məlumat verib. 

Sənəd Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, 18 yaşdan 30 yaşadək olan vətəndaşlar (2023-cü ilin sonunadək 27 yaşı tamam olanlara aid idi - red.) hərbi xidmətə çağırılacaqlar.

Məlumata görə, yaz çağırışı zamanı orduya cəlb olunacaq Rusiya vətəndaşlarının sayı 150 min nəfər olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol