Menu

Səfirin “öldürməyən silahlar” nağılı – Qərb Ermənistandakı gizli planlarını necə pərdələyir?

04.04.2024, 16:39
Səfirin “öldürməyən silahlar” nağılı – Qərb Ermənistandakı gizli planlarını necə pərdələyir?

“Avropa İttifaqı (Aİ) Ermənistanın silahlı qüvvələrini öldürücü olmayan silahlar baxımından dəstəkləməyi nəzərdən keçirir”.

“AzPolitika” xəbər verir ki, bu barədə Aİ-nin İrəvandakı səfiri Vasilis Maraqos bu gün “Ermənistanın Avropaya inteqrasiyasının yeni perspektivləri və çağırışları” mövzusunda dinləmələrdə bildirib. "Biz imkanlarımızı gücləndirə bilməmiz üçün vacib dəstəkdən danışırıq", - səfir qeyd edib.

Səfir Maraqosun sözlərinə görə, bu, Avropa Sülh Mexanizminin çərçivəsinə aiddir.

"Avropa İttifaqı regionda vəziyyətin sabitləşməsinə və nizamlanmasına, o cümlədən Avropa İttifaqı Şurası sədrinin təşkil etdiyi görüşlərə tam sadiqdir", - Maraqos vurğulayıb.

Noyabrda Avropa İttifaqının nümayəndə heyəti bəyan edib ki, Avropa İttifaqı əlavə olaraq Avropa sülh çərçivəsi vasitəsilə Ermənistan silahlı qüvvələrinə qeyri-öldürücü dəstəyi öyrənəcək. Səfir Maraqos isə bildirib ki, Avropa İttifaqı Ermənistan silahlı qüvvələrinə dəstək verilməsi ilə bağlı konkret təkliflər hazırlamaq niyyətindədir.

Azərbaycana məlumdur ki, Ermənistanın hərbi ehtiyaclarını təmin etmək üçün Aİ hazırda Rusiya ilə müharibədə Ukraynaya hərbi dəstəyin maliyyələşdirilməsində əsas alət olan Avropa Sülh Fondu mexanizmindən istifadə edəcək. Bu çərçivədə İrəvana qabaqcıl hərbi texnologiyaların və silah sistemlərinin ötürülməsi, Ermənistan ordusu üçün təlim proqramlarının sayının artırılması və müştərək təlimlər planlarının həyata keçirilməsi nəzərdə tutulur.

Aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə əsas məsələlərdən biri Aİ və ABŞ-nin Ermənistan ordusunun NATO standartlarına uyğun olaraq modernləşdirilməsi olacaq. Tərəflər ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Ermənistan ordusunun qabaqcıl hərbi texnika və texnologiya ilə təmin edilməsi planını razılaşdıracaq. İlkin mərhələdə ABŞ Ermənistanı müasir anti-dron və hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır.

Bundan əlavə, Ermənistan hərbi birləşmələrinin ABŞ Silahlı Qüvvələri ilə döyüş effektivliyi və qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması məqsədilə ABŞ - Ermənistan birgə təlimlərinin sayının artırılması gözlənilir.

Bununla yanaşı, Aİ-nin Ermənistandakı missiyasının uzunmüddətli fəaliyyətini təmin etmək və imkanlarını genişləndirmək məqsədilə Brüssel və İrəvan arasında birgə səylərin birləşdirilməsi gözlənilir.

Göründüyü kimi, səfir Vasili Marqosun Ermənistana “öldürücü olmayan silahlar” veriləcəyi barədə dedikləri əslində gizli fəaliyyətin pərdələnməsidir. Qərb Ermənistanı sürətlə silahlandırıb, Azərbayanın hərbi imkanları ilə paritet əldə etmək, bu platsdarmdan Rusiya və İrana qarşı istifadə etməyi planlaşdırır. Bakı Qəbin planlarından xəbərdardır, dünən Azərbayan Prezidenti ABŞ dövlət katibi ilə telefon söhbətində onların hamısını sadalayaraq, regionda gərginlik yaradacağını vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol