Menu

Ukrayna “Lukoil”-in müəssisəsini vurdu - Rusiyanın 8 bölgəsinə hücum edilib +VİDEO

20.04.2024, 12:34
Ukrayna “Lukoil”-in müəssisəsini vurdu - Rusiyanın 8 bölgəsinə hücum edilib +VİDEO

Aprelin 20-nə keçən gecə Ukrayna PUA-ları Rusiyanın səkkiz bölgəsinə hücum edib. 

“AzPolitika” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 50 PUA-nı məhv edib.

İyirmi altı - Belqorod vilayətinin ərazisi üzərində;

On - Bryansk vilayətinin ərazisində;

Səkkiz - Kursk vilayətinin ərazisində;

İki - Tula bölgəsi üzərində;

Hərəsində bir PUA olmaqla Smolensk, Ryazan, Kaluqa və Moskva vilayətlərinin əraziləri üzərində.

Bununla belə, bəzi PUA-lar hədəflərinə çatıblar. Rusiya mətbuatı Smolensk vilayətində neft anbarının vurulmasından xəbər verir. Görüntülərdən görünür ki, hücum böyük yanğınla nəticələnib.

Ukrayna KİV-ləri isə yazır ki, aprelin 20-nə keçən gecə Rusiyanın Smolensk vilayətinin Kardımovski rayonunda Ukrayna PUA-ları “Lukoyl” yanacaq-energetika kompleksinin obyektinə zərbə endirib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol