Kobud səhvləri və qəribə hərəkətləri ilə tez-tez gündəmə gələn ABŞ Prezidenti Co Baydenin son çıxışında səsləndirdiyi fikirlər növbəti dəfə mübahisə predmetinə çevrilib.
“AzPolitika” xəbər verir ki, Pensilvaniyadakı seçki mitinqində çıxış edən Bayden seçiciləriniə qəribə bir sual ünvanlayıb.
“Bölünməyə qarşı birliyə, məhvə qarşı ləyaqətə, yalana qarşı həqiqətə, demokratiyaya qarşı azadlıqa səs verməyə hazırsınızmı?”, - deyən Bayden, “Seçiminizi edin. Azadlıq, yoxsa demokratiya?”,- deyə çıxışında bildirib.
Baydenin bu çıxışı zalda əyləşən insanlar tərəfindən gülüşlə qarşılanıb.
Qeyd edək ki, son sorğulara görə, ABŞ seçicilərinin əhəmiyyətli bir hissəsi Baydenin psixi sağlamlığına şübhə edir və onun prezident olmaq üçün çox qoca olduğunu düşünürlər.
“AzPolitika.info”


Şərhlər