Menu

Nazir yeni rəis müavini təyin etdi

22.04.2024, 20:17
Nazir yeni rəis müavini təyin etdi

Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə növbəti kadr təyinatı olub.

"Qaynarinfo"-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Quliyev Nizami Qələndər oğlu FHN Sumqayıt Regional Mərkəzin rəis müavini təyin edilib.

Qeyd edək ki, Nizami Quliyev 29.04.1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Ailəlidir, 1 övladı var. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol