Menu

Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib

09.05.2024, 22:19
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

Şərhlər

MRP 2024-05-10 00:42:50

Bədbəxt oldu o sərnişin.TƏBİB-in qan içənlərin əlinə düşdü.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol