Menu

Blinkenin Kiyev barındakı bu görüntüsü narazılıq doğurdu - VİDEO

15.05.2024, 11:19
Blinkenin Kiyev barındakı bu görüntüsü narazılıq doğurdu - VİDEO

Məlum olduğu kimi, ABŞ dövlət katibi Entoni Blinken ötən gün Ukraynanın paytaxtı Kiyevə səfər edib.

“AzPolitika” xəbər verir ki, Ukraynada müharibə başlayandan bəri Kiyevə dördüncü dəfə səfər edən Blinken, burada getdiyi bir barda elektron gitar ifa edərək, Nil Yanqın “Rockin in the Free World” mahnısını səsləndirib.

Qeyd edək ki, hər kəsin bu gözlənilməz Ukrayna səfərinin səbəbini öyrənməyə çalışdığı bir vaxtda Blinkenin barda mahnı ifa etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və ciddi narazılıq doğurub. Əksər sosial şəbəkə istifadəçiləri ABŞ-nin Ukraynaya daha çox hərbi yardım göstərməli olduğunu vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol