Menu

Baş nazir Rusiya kəşfiyyatçılarını yaxaladıqlarını açıqladı – Təxribat törətməkdə şübhəli bilinirlər

21.05.2024, 13:12
Baş nazir Rusiya kəşfiyyatçılarını yaxaladıqlarını açıqladı – Təxribat törətməkdə şübhəli bilinirlər

Polşada Rusiya kəşfiyyat xidmətlərinin sifarişi ilə təxribat törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk TVN24 telekanalında bildirib.

Baş nazirinin sözlərinə görə, söhbət Vrotslavdakı boya zavodunun yandırılması cəhdindən, Litvada təxribatdan və IKEA anbarının yandırılmasından gedir.

Tusk iddia edir ki, Rusiya kəşfiyyat xidmətlərinin təxribatda iştirakı şübhə doğurmur. O, həmçinin vəziyyəti çox ciddi adlandırıb və digər ölkələrdə, xüsusən də Latviya və İsveçdə oxşar təxribat aktlarının planlaşdırıldığını bildirib.

Təqsirləndirilən şəxslər Ukrayna, Belarus və Polşa vətəndaşlarıdır. PolşaBaş nazirideyibki, onların bəziləri kriminalaləmdənolaninsanlardır. Tusk əlavə edib ki, Polşa bu məsələdə müttəfiqləri ilə sıx əməkdaşlıq edir və o, kəşfiyyat xidmətlərinin səmərəli fəaliyyətindən məmnundur.

Bundan əvvəl Polşa prezidenti Anjey Duda bildirmişdi ki, son günlər ölkədə bir neçə ciddi yanğın hadisəsi baş verib.O, bunun səbəbinintəxribat ola biləcəyini qeyd edib. Onun fikrincə, bu, Polşada sabitliyi pozmaq cəhdi ola bilər.

Bir ay əvvəl Polşada Litvada rusiyalı müxalifət lideri Leonid Volkova hücumda şübhəli bilinən iki nəfər saxlanılıb. Rusiyanın maraqları üçün çalışan,adı açıqlanmayan Belarus vətəndaşı Volkova hücumun təşkilatçısı olub.

Dekabrda Lüblin məhkəməsi Rusiyaya casusluqda ittiham olunan 14 xarici vətəndaşa hökm çıxarıb. Hakimiyyət onları dəmir yollarında təxribat hazırlamaqda ittiham edib. Onlara 1 il 1 aydan 6 ilə qədər həbs cəzası verilib. Təqsirləndirilən şəxslərin demək olar ki, hamısı Ukrayna vətəndaşları olub, əksəriyyəti günahsız olduqlarında israr ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol