Açıq şəkildə siyasətə qoşulan və Ermənistandakı rusiyapərəst, revanşist qüvvələrin “kuklası” olan keşiş Baqrat Qalstanyan bu gün növbəti dəfə İrəvanda aranı qarışdırmağa çalışıb. “Tərəfdarları” ilə birgə paytaxtdakı yolları bağlamağa cəhd edən keşiş Baqrat Baş nazir Nikol Paşinyan və DİN baççısı Vaqe Kazaryanın ünvanına təhdiq və təhqirlər səsləndirib.
“AzPolitika” erməni KİV-lərinə istinadla xəbər verir ki, yerli jurnalistlərə açıqlama verən B.Qalstanyan Paşinyanın həbs ediləcəyinə eyham vurub: “Bilirəm ki, Paşinyanla görüş proseduru var və mən ona həbsxanada baş çəkəcəyəm”.
Qeyd edək ki, mayın 29-da Nikol Paşinyan jurnalistlərlə söhbətində keşiş Baqratı nəzərdə tutaraq bildirib ki, kim onunla görüşmək istəyirsə, digər vətəndaşlar kimi növbəyə yazılsın.
Qalstanyanın sözlərinə görə, hər gün Ermənistan rəhbərliyi ilə görüş gözləsə də, buna nail ola bilmir: “Nə bu adamın(Paşinyanı nəzərəd tutur-red.), nə də Vahe Qazaryanın (Ermənistan Daxili İşlər naziri– red.) cəsarəti yoxdur”.
O, Qazaryanın təklif etdiyi görüş formatını qəbuledilməz adlandırıb: “O, xalq qarşısında cavab verməlidir. Bu ölkədə məsuliyyətsiz məmurlar olmamalıdır”.
Onun sözlərinə görə, hazırda hökumətin keçirdiyi iclas qanunsuzdur: “Bu adam(Paşinyan-red.) hər cəhətdən tükənib: həm mənəvi, həm də hüquqi cəhətdən”.
Keşiş xatırladıb ki, əvvəllər Paşinyan İrəvan küçələrində sərbəst şəkildə velosiped sürürdü: “İndi hanı velosiped?”
Qeyd edək ki, bu gün Paşinyan hökumətin iclasını keçirir. Keşiş Baqrat və onun havadarlarının hökumət binasını əhatəyə almaq cəhdləri isə polis tərəfindən zərərsizləşdirilir.
“AzPolitika.info”


Şərhlər