Menu

“Hizbullah”ın hücumundan sonra İsraildə şiddətli yanğınlar başlayıb - VİDEO

04.06.2024, 11:09
“Hizbullah”ın hücumundan sonra İsraildə şiddətli yanğınlar başlayıb - VİDEO

Livanda yerləşən “Hizbullah” təşkilatı tərəfindən İsrailə ərazisinə atılan çoxlu sayda raket bölgədə şiddətli yanğına səbəb olub.

İsrail KİV-lərinin məlumatınaa görə, İsrailin şimalında başlayan yanğın artıq yaşayış məntəqələrinə yayılmağa başlayıb. Kiryat Şmona və Taberiyye bölgələrində havanın temperaturunun 43 dərəcəni keçdiyi bildirilib. Yuxarı Qalilenin Kiryat Şmona bölgəsindəki yaşayış məntəqələrində başverən yanğınları nəzarət altına almaq üçün aparılan işlər zamanı 6 yanğınsöndürənnin yaralandığı deyilir.

Digər tərəfdən, Yuxarı Cəlil bölgəsində dağ silsilələrində baş verən yanğına 14 qrup və 6 yanğınsöndürən təyyarə ilə müdaxilə edildiyi, “Hizbullah”ın atdığı yeni raketlər səbəbindən yanğınların təkrarlandığı bildirilib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol