Menu

Türkiyə yığması AVRO 2024-də bu oyunçularla mübarizə aparacaq – SİYAHI

08.06.2024, 11:00
Türkiyə yığması AVRO 2024-də bu oyunçularla mübarizə aparacaq – SİYAHI

Türkiyə Milli Futbol Komandasının 2024-cü il Avropa Futbol Çempionatı (AVRO 2024) üçün heyəti açıqlanıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Məlumata görə, Əbdülkadir Ömür, Berat Özdemir, Can Uzun, Cenk Özkaçar, Doğan Alemdar və Oğuz Aydın heyətdə yer almayıb. Millidə daha əvvəl Ozan Kabak, Çağlar Söyüncü və Enes Ünal zədəli olduqları üçün heyətdən uzaqlaşdırılıb.

26 nəfərlik heyətdə “Qalatasaray” və “Fənərbaxça”dan 5, “Beşiktaş”dan 3, “Trabzonspor”dan isə 1 futbolçu yer alıb.

İtaliyalı baş məşqçi Vinçenzo Montellanın heyət seçimi belədir:

Qapıçılar: Altay Bayındır (Mançester Yunayted), Mert Günok (Beşiktaş), Uğurcan Çakır (Trabzonspor);

Müdafiəçilər: Mert Müldür, Ferdi Kadıoğlu, Samet Akaydın (Fənərbaxça), Zeki Çelik (Roma), Abdülkerim Bardakcı (Qalatasaray), Ahmetcan Kaplan (Ayaks), Merih Demiral (Əl-Əhli);

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu (İnter), İsmail Yüksek (Fənərbaxça), Kaan Ayhan (Qalatasaray), Okay Yokuşlu (Vest Bromviç), Orkun Kökçü (Benfika), Salih Özcan (Borussiya Dortmund);

Hücumçular: İrfan Can Kahveci (Fənərbaxça), Kənan Yıldız (Yuventus), Yunus Akgün, Kerem Aktürkoğlu, Barış Alper Yılmaz (Qalatasaray), Arda Güler (Real Madrid), Bertuğ Yıldırım (Rennais), Cenk Tosun, Semih Kılıçsoy (Beşiktaş), Yusuf Yazıcı (Lill).

Qeyd edək ki, AVRO 2024-də F qrupunda yer alan Türkiyə qrup mərhələsində Gürcüstan, Portuqaliya və Çexiya ilə mübarizə aparacaq.

Türkiyə turnirdə ilk oyununu iyunun 18-də Gürcüstana qarşı keçirəcək. İyunun 22-də ikinci oyununda Portuqaliya ilə qarşılaşacaq Türkiyə, 26 iyunda Çexiya matçından sonra qrup mərhələsini tamamlayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol