Menu

"Azərbaycanfilm"də nə baş verir? - Rəhbərlik istefa verdi + AÇIQLAMA

10.06.2024, 20:57
"Azərbaycanfilm"də nə baş verir? - Rəhbərlik istefa verdi  + AÇIQLAMA

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.

"Qaynarinfo"-nun verdiyi məlumata görə, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.

Nazim Hüseynov məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.

Şərhlər

MRP 2024-06-10 16:26:52

Əgər işdən çıxma fəaliyyətsizliklə bağlıdırsa hər ikisinə afərin.Vətəni sevən hər bir kəs belə etməlidir.
TƏBİB rəhbərliyindən də bu cür addım atacağını görmək istərdim.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol