ABŞ dövlət katibinin İsrail-Fələstin məsələləri üzrə köməkçisi Endryu Miller istefa verib.
“Washington Post” qəzetinin yazdığına görə, Endryu Miller iş yoldaşlarına oktyabrda başlayan HƏMAS-İsrail münaqişəsinin hər şeyi tükətdiyini və ailəsinə az vaxt ayırdığı üçün işini tərk etdiyini bildirib.
Miller bildirib ki, əgər şəxsi məsuliyyətləri olmasaydı, o, işində qalmağa və hətta rəhbərliklə razılaşmadığı sahələrdə belə inandığı şeylər uğrunda mübarizə aparmağa üstünlük verərdi.
ABŞ-nin “CNN” nəşrinin məlumatına görə, Miller fevral ayında işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə hücum edən İsrail vətəndaşlarına qarşı sanksiya tətbiqini nəzərdə tutan prezident fərmanının qəbulunda mühüm rol oynayıb. Millerin Fələstin hüquq və dövlətçiliyinin prinsipial tərəfdarı kimi tanındığı vurğulanıb.
“AzPolitika.info”


Şərhlər