El arasında "manatlıq" kimi adlandırılan taksilərin də qiyməti bahalaşıb.
"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Bakıətrafı ərazilər üzrə fəaliyyət göstərən takisilər artıq bir sərnişini 2 manata daşıyırlar. Sürücülərin sözlərinə görə, buna səbəb yanacağın qiymətinin artmasıdır.
Qeyd edək ki, hələlik sürücülər arasında qiyməti artırmayanlar da var.
"AzPolitika.info"


Şərhlər