Menu

“Sərhədə nüvə raketləri yerləşdirmişik, heç bir “qırmızı xətt” yoxdur...” – Lukaşenko Ukraynanı hədələdi

04.07.2024, 15:06
“Sərhədə nüvə raketləri yerləşdirmişik, heç bir “qırmızı xətt” yoxdur...” – Lukaşenko Ukraynanı hədələdi

Belarus Ukrayna ilə sərhəddə nüvə başlıqlı raketləri daşıya bilən “İsgəndər” operativ-taktiki raket komplekslərini (OTRK) yerləşdirib.

“AzPolitika” xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu, Ukrayna hərbçilərinin dövlət sərhədləri zonasında fəallığının artmasına cavab idi. Kiyevdə bu ittihamlar “xüsusi informasiya əməliyyatı” adlandırılıb.

"“Polonez” və “İsgəndər” raket sistemləri işə salınıb. Onların hansı döyüş sursatı olduğunu siz də bilirsiniz”, - Lukaşenko Belarusun Müstəqillik Günü münasibətilə keçirilən iclasda deyib. Bundan əlavə, Belarus və Rusiyanın HHQ və HHM qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir.

Lukaşenko Ukraynaya “sərhəddə qarşıdurma törətmək cəhdlərinə görə” xəbərdarlıq edib. “Heç bir “qırmızı xətt” yoxdur - əvvəlcədən müəyyən edilmiş hədəflərə bütün növ silahlarla zərbələr endiriləcək. Biz bunu edəcəyik”, - deyə o vurğulayıb.

Bu yaxınlarda Belarus Rusiyanın hədiyyə etdiyi “İsgəndər” raketlərinin köməyi ilə nüvə silahından istifadə təcrübəsini həyata keçirib.

Lukaşenko həmçinin əlavə edib ki, sərhədçilər və xüsusi əməliyyat qüvvələri sərhədləri və potensial düşmənin hərəkət istiqamətlərini intensiv şəkildə qoruyur. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri əvvəllər də analoji təlimlər keçirib və indi bu təcrübədən istifadə tələb olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol