Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orban vasitəsilə ABŞ-ın keçmiş prezidenti Donald Trampa heç bir mesaj çatdırmayıb.
“AzPolitika” xəbər verir ki, bunu jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Xeyr, cənab Orban Putinə Trampla görüşmək niyyəti barədə məlumat vermədi və heç bir məktub və ya mesaj nə yazılı, nə də şifahi olaraq ötürüldü” - deyə, o, bildirib.
İyulun 5-də Orban Moskvaya səfər edib, orada Putinlə Ukraynadakı münaqişənin həlli məsələsini müzakirə edib, bundan əvvəl, iyulun 2-də Orban Kiyevə səfər edib və burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
İyulun 8-də Orban Çin prezidenti Si Cinpin ilə görüşüb və böhranın həlli perspektivləri barədə onunla fikir mübadiləsi aparıb.
Macarıstanın Baş naziri daha sonra NATO sammitində iştirak etdiyi ABŞ-a yollanıb və Trampla da görüşüb.
Macarıstanın Baş naziri həmin söhbətin nəticələrini yekunlaşdıraraq bildirib ki, ABŞ-ın keçmiş prezidenti noyabr seçkilərində qalib gəlsə və Ağ Evə qayıdarsa, Ukraynadakı münaqişənin həllinə nail olmaq niyyətindədir.
Orban Kiyev, Moskva və Pekinə son səfərlərinə, həmçinin Vaşinqtonda NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə işarə edərək, Trampla görüşü “sülhməramlı missiya 5:0” adlandırıb.
“AzPolitika.info”


Şərhlər