Menu

Əli Məsimli Şəkidən Qaxa keçdi – Sənədlərini DSK-ya təqdim edib

17.07.2024, 11:36
Əli Məsimli Şəkidən Qaxa keçdi – Sənədlərini DSK-ya təqdim edib

VI çağırış Milli Məclisin üzvü, iqtisadçı-alim Əli Məsimli deputatlığa namizədliyini irəli sürüb.

“AzPolitika” xəbər verir ki, o, bu dəfə 113 saylı Qax Seçki Dairəsindən namizəd olacaq.

Daha əvvəl Şəkini təmsil edən Məsimli dünən sənədlərini Dairə Seçki Komissiyasına (DSK) təqdim edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ə.Məsimlinin yenidən deputatlığına “yaşıl işıq yandırılmadığı üçün” namizəd olmayacağı bildirilirdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol