Menu

"Gözəl söhbət idi" - Tramp Baydenlə olan telefon danışığından bəhs edib

23.07.2024, 12:30
"Gözəl söhbət idi" - Tramp Baydenlə olan telefon danışığından bəhs edib

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp “Fox News” telekanalına müsahibəsində güllələndikdən sonra ABŞ Prezidenti Co Baydenlə arasında keçən telefon danışığından danışıb.

“AzPolitika” xəbər verir ki, D.Tramp Baydenlə söhbətini “gözəl söhbət” adlandırıb.

Tramp Baydenin telefon danışığında ona “Sağa döndüyün üçün çox şanslısan” dediyini söyləyib.

Xatırladaq ki, keçmiş prezident iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinq zamanı silahlı hücuma məruz qalıb. O, çəkiliş zamanı ekranda əks olunan rəsmə baxmaq üçün başını sağa çevirdiyi üçün ölümdən son anda xilas olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol