Menu

Bu iki partiya sədri bir-birinə rəqib oldu - Eyni dairədən mübarizə aparacaqlar

05.08.2024, 12:13
Bu iki partiya sədri bir-birinə rəqib oldu - Eyni dairədən mübarizə aparacaqlar

Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədovun deputatlığa namizədliyi qeydə alınıb.

"AzPolitika" xəbər verir ki, bu barədə İlqar Məmmədov sosial şəbəkə hesabından paylaşım edib.

"Partiyamızın namizədləri arasında tələb olunan imzaları və digər sənədləri dairə seçki komissiyasına sonuncu olaraq mən versəm də, bugün dairə seçki komissiyası namizədliyimi qeydə aldı. Daha iki nəfərin qərarını gözləyirik, bununla da Respublikaçı Alternativ üçün qeydiyyat mərhələsi tamamlanacaq", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, İ.Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairədən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də namizəddir.

"AzPolitika.info"

Şərhlər

Kamran 2024-08-05 15:39:58

Səsləri duyulmayan,üzvləri ortada olmayan bu falşivı partiyabazlıq hakimiyyətə və millətə nə verir və belə partiyalar necə fəaliyyət göstərir və harada yatırlar?

Cəmaləddin 2024-08-05 15:35:17

Gülməli başlıqdır.Məgər Azərbayanda seçkilərdə nübarizə var?...Nə mübarizə,nə səs toplamaq?Bəzən belə yazıların başlıqlarını görəndə adam yazının arxasını oxumur.Bilir ki, boş yazıdır....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol