4 dekabrda çeçen yaraqlıları hücum edərək, Qroznıdakı mətbuat evini ələ keçirdilər və nəticədə həmin bina təcili surətdə öz respublikasında diktatura qurmuş Çeçenistan prezidenti Ramzan Kadırovun hərbi dəstələri tərəfdən mühasirəyə alındı. Hadisə yerinə həmçinin tanklar və zirehli maşınlar da cəlb edildi və paytaxt Qroznını atışma səsləri bürüdü.
Bu ilin sentyabrında İŞİD (onun tərkibində xeyli sayda çeçen döyüşür) ”You tube” saytına Qafqazda rus işğalçılarına qarşı yeni müharibəyə başlayacaqları barəsində material yerləşdirmişdi. Xatırlatmaq istərdik ki, Rusiya Sovet İttifaqının dağılmasından sonra müstəqil dövlət qurmaq istəyən bu respublikada iki qanlı müharibə aparıb. Qroznıdakı mətbuat binasında baş vermiş hadisəyə Kremldə çox ciddi yanaşıblar. Bəzi mənbələrə görə, prezident Putin təcili olaraq gecə saat 1 radələrində öz iş otağına yollanıb. Şahidlərin verdiyi məlumata görə, həmin gecə xeyli sayda yüksək rütbəli dövlət məmurlarının avtomobilləri Kremlə tərəf şütüyüb. Maraqlısı odur ki, yaranmış bu insident prezident Putinin Federal Məclisə ünvanladığı müraciət ərəfəsində baş verib. Hazırda Kreml çox aktiv şəkildə Ukraynadakı separatçılara həm maliyyə və həm də ki, silahlı yardım göstərir və belə olan halda Çeçenistandakı vəziyyətin nəzarət altından çıxması Rusiya rəhbərliyində böyük bir təşviş yaradıb.
Bəllidir ki, Moskva öz hərəkətləri ilə açıq-aşkar Ukraynanın suverenliyini pozur. Ancaq hər zaman Vladimir Putin öz çıxışlarında Rusiyanın ərazi bütovlüyünün önəmini xüsusi olaraq vurğulayır. Məsələn, Putin çox yaxşı anlayır ki, koloniyalaşdırılma siyasəti yalnız XIX əsrdə qurtarmış Sibirin (ölkə ərazisinin 70%-i) itirilməsi nəticəsində, Rusiya ölkənin təbii sərvətlərindən məhrum olmaq səviyyəsinə qədər darala bilər. Sibirlilər hesab edirlər ki, Moskva onları tamamilə unudaraq, ancaq istismar siyasəti ilə məşğuldur. Onlar öz bölgələrinin müstəqilliyi tələbi ilə aksiya keçirmək istəsələr də, hər dəfə polis tərəfindən dağıdılıblar.
"Le Huffington Post"

Şərhlər