Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarındakı "Qafqaz" limanında yanacaq çənlərinin yerləşdiyi dəmiryol bərəsinə raket zərbəsi endirib.
"AzPolitika" xəbər verir ki, bu barədə "Telegram" kanallarında görüntülər yayılıb.
Məlumata görə, hücum zamanı Krıma yanacaq daşıyan "Konro Treyder" bərəsi batıb. Bərədə üzərində yanacaqla dolu 30 sternin olduğu deyilir.
Qeyd olunub ki, hücumun ardından ərazidə güclü yanğın başlayıb.
"AzPolitika.info"


Şərhlər