Menu

Voronejdə PUA hücumu nəticəsində iki nəfər yaralanıb, fövqəladə vəziyyət tətbiq edilib

24.08.2024, 09:49
Voronejdə PUA hücumu nəticəsində iki nəfər yaralanıb, fövqəladə vəziyyət tətbiq edilib

Rusiyanın Voronej vilayətində pilotsuz uçuş aparatlarının (PUA) gecə hücumu nəticəsində iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev özünün "Telegram" kanalında məlumat verib. Ukraynaya məxsus PUA-ların hücumu nəticəsində yaralanan iki qadından biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, PUA-ların gecə hücumundan sonra vilayətin üç yaşayış məntəqəsinin ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol